Ballistik raketlər barədə 24 saat əvvəl xəbərdarlıq edilməsi tələb olunur
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 12 avqust, AZƏRTAC
Cənubi Koreya, ABŞ, Yaponiya və daha 38 dövlət ballistik raketlərin və kosmik daşıyıcıların buraxılışı barədə ən azı 24 saat əvvəl məlumat verilməsini tələb edən birgə bəyanat yayıb.
AZƏRTAC “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, sənəddə əvvəlcədən xəbərdarlıq edilmədən nüvə başlığı daşıya bilən raketlərin sınaqdan keçirilməsinin təhlükəli olduğu və bölgədə sülhü təhdid etdiyi bildirilir. İmzası olan ölkələr bu cür şəffaf mexanizmlərin səhv hesablamaların qarşısını aldığını və təhlükəsizliyə töhfə verdiyini vurğulayırlar.
Xatırladaq ki, iyul ayında Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələri Sakit okeanda təlimlər çərçivəsində simulyasiya edilmiş döyüş başlığına malik strateji raketi sınaqdan keçirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 12 Avqust 2026 05:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















