Icma.az
close
up
RU
Baltayla taksi sürücüsünə hücum etdi

Baltayla taksi sürücüsünə hücum etdi

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskvada yol hərəkəti münaqişəsi qanlı insidentlə nəticələnib. AzPost xəbər verir ki, bazar günü axşam saatlarında qara “Audi” markalı avtomobilin sürücüsü əlində balta ilə taksi sürücüsünə hücum edib. Yaralı üz nahiyəsindən xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə, 60 yaşlı taksi sürücüsü – əslən Şimali Osetiyadan olan və 2004-cü ildən Moskvada yaşayan kişi – həmin gün “Kia” markalı avtomobilini evinin yaxınlığındakı qaraja qoymaq istəyib. Onun arxasınca gələn “Audi” sürücüsü isə yolda əsəbi davranaraq siqnal verib, dəfələrlə ötməyə cəhd edib.

Hadisə Novоalekseyevskaya küçəsində nəqliyyatın dayanmasına səbəb olan nasaz avtomobilin yaratdığı maneədən sonra gərginləşib. Taksi sürücüsü yolu açmaq üçün dayanıb və minimal şəkildə əks zolağa çıxaraq maneəni ötüb. Lakin “Audi” sürücüsü bu anda söyüş söyərək maşını qabağa verib, qarşı tərəfi təxribata çəkib və bir neçə dəfə qəsdən qarşısını kəsib.

Daha sonra boş ərazidə o, taksi sürücüsünü dayandıraraq avtomobilindən balta götürüb və hücum edib. Zərərçəkənin sözlərinə görə, o, 4–5 dəfə zərbə alıb, nəticədə dörd dişini itirib və dodağı yarılıb. Qaraj mühafizəçisi hadisəyə müdaxilə edərək hücumçunu uzaqlaşdırıb.

Təcili tibbi yardım göstərildikdən sonra taksi sürücüsü polisə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları baltalı sürücünü axtarır.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Sentyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri