Baltik dənizində gərginlik NATO və Rusiya təyyarələri qarşı qarşıya gəldi
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Baltik dənizində Rusiya və NATO qüvvələri arasında gərginlik yaşanıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Estoniya dəniz və hava qüvvələri, görünüşdə Qabon bayrağı daşıyan “Jaguar” adlı rus tankerini saxlayaraq yoxlamaq istəsə də, gəmi buna əməl etməyib.
NATO bu təhdidə cavab olaraq Polşanın “MiG-29” təyyarələrini əraziyə göndərib. Rusiya isə tankeri qorumaq üçün “Su-35S” döyüş təyyarəsini bölgəyə göndərib. Estoniya bu təyyarənin hava məkanını pozduğunu bildirərək Rusiyaya etiraz notası təqdim edib.
Tankerə çıxmağa çalışan Estoniya əsgərlərinin bu cəhdləri uğursuz olub. Hadisə zamanı Estoniyaya məxsus A139 helikopteri və M-28 “Skytruck” kəşfiyyat təyyarəsi də ərazidə olub.
Kremlə yaxın “Izvestia” və “News-Pravda” kimi xəbər saytları hadisəni Qərb qarşısında bir uğur kimi təqdim edərək Estoniya qüvvələrinin tankeri saxlaya bilmədiyini və “Jaguar”ın nəhayət Rusiya nəzarətindəki Qoqland adası yaxınlığında lövbər saldığını yazıblar.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 15 May 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















