Icma.az
close
up
RU
NATO Rusiya donanmasını Baltik dənizində bloklayır Gərginlik artır

NATO Rusiya donanmasını Baltik dənizində bloklayır Gərginlik artır

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Rusiya hərbi-dəniz donanması NATO-nun artan təzyiqi ilə üzləşir. Baltik dənizi regionunda NATO-nun yeni üzvləri, o cümlədən 2024-cü ildə Alyansa qoşulan İsveç, Rusiya donanmasına qarşı müasir silah sistemləri yerləşdirir. İsveçin yeni "RBS 15 Mark" 3 raketi Rusiya donanmasına Sankt-Peterburq və Kalininqrad kimi strateji nöqtələrdə ciddi təhlükə yaradır.

Qaynarinfo xəbər verir ki, bu barədə hərbi ekspert Devid Aks "The Telegraph" qəzetində yazıb.

"İsveç artırılmış hədəf izləmə qabiliyyəti, böyük döyüş başlığı və daha uzun mənzilli "RBS 15 Mark" 3 raketi sayəsində hərbi gücünü əhəmiyyətli dərəcədə artıracaq", deyə "Saab" şirkətinin icraçı direktoru Görgen Yohanson bildirib.

"RBS 15 Mark 3 raketi" 190 km-ə qədər məsafədəki dəniz və quru hədəflərini vurmaq üçün radar yönləndirmə sistemi ilə təchiz olunub. Bu raketlər quru, hava, su səthi və sualtı sensorlarla birgə istifadə edilərək, Rusiya donanmasının Atlantik okeanına çıxışını faktiki olaraq bloklayır.

Baltik regionunda artan müdafiə tədbirləri

İsveçdən başqa, digər Baltikyanı ölkələr də öz müdafiə qabiliyyətlərini əhəmiyyətli dərəcədə artırıblar. Estoniya 200 mil (təxminən 320 km) məsafəyə malik olan "Blue Spear 5G" raketləri alıb. Latviya isə "Naval Strike" raketləri ilə öz hərbi imkanlarını gücləndirib.

Estoniya Hərbi Dəniz Qüvvələrinin komandiri Yuri Saska bu barədə deyib: "Bu yeni silah sistemi gələcək onilliklər ərzində Estoniyanın hərbi-dəniz müdafiəsinin əsas dayağı olacaq".

NATO-nun genişlənməsi, xüsusilə də İsveç və Finlandiyanın Alyansa qoşulması, Baltik dənizini Rusiya donanması üçün ən çətin regionlardan birinə çevirib. NATO ilə gərginliyin müharibəyə çevriləcəyi halda, Rusiya donanmasının bu regionda effektiv fəaliyyət göstərə biləcəyi sual altındadır.

NATO-nun "Baltic Sentry" əməliyyatı

Xatırladaq ki, NATO Baltik dənizində patrul missiyalarını gücləndirir. Alyansın yeni "Baltic Sentry" adlı təhlükəsizlik missiyası çərçivəsində hərbi-dəniz pilotsuz təyyarələri, freqatlar və döyüş təyyarələri yerləşdiriləcək. Bu addımın əsas məqsədi, Rusiyanın "kölgə donanması" ilə əlaqəli sualtı kabel sabotajlarına cavab verməkdir.

"Bloomberg"ə görə, bu yeni missiya beynəlxalq sualtı infrastrukturun müdafiəsini gücləndirmək üçün nəzərdə tutulub. Son dövrlərdə bir sıra insidentlərdə, Rusiya ilə əlaqəli neft tankerlərinin sualtı kabellərə ziyan vurduğuna dair şübhələr mövcud olub.

Rusiya donanmasının Baltik dənizindəki fəaliyyətinin NATO-nun artan təzyiqi fonunda necə davam edəcəyi isə hələ də açıq sual olaraq qalır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Yanvar 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri