Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 5 iyun, AZƏRTAC
NATO gəmiləri “Baltic Operation 26” (BALTOPS 26) təliminin bir hissəsi olan dəniz əməliyyatlarına başlayıb.
AZƏRTAC xəbər verir ki, Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, NATO gəmiləri Qdinya dəniz limanını tərk edib. “Növbəti iki həftə ərzində heyətlər dəniz sərhədlərimizin təhlükəsizliyini təmin etmək üçün vahid komanda şəklində təlimlər keçəcəklər”, - deyə məlumatda bildirilir.
Baltik dənizi akvatoriyasında keçirilən “BALTOPS 2026” adlı çoxmillətli NATO təlimində alyansın 15 müttəfiq və tərəfdaşının hərbçiləri və təxminən 20 hərbi gəmi iştirak edəcək.
Alyans qüvvələrinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinə yönəlmiş təlimə gəmi əleyhinə və hava hücumundan müdafiə manevrləri, dəniz desantı çıxarılması, minatəmizləmə əməliyyatları və pilotsuz sistemlərin tətbiqi daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 İyun 2026 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















