Icma.az
close
up
RU
Bananın heç yerdə oxumadığınız faydaları

Bananın heç yerdə oxumadığınız faydaları

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizdə yetişməyən, lakin bazar və dükanlarımızda çox satılan elə meyvələr var ki, onları dadına və ətrinə görə alıb ləzzətlə yesək də, həmin meyvələrin faydası haqqında geniş biliyə malik deyilik.

O meyvələrdən biri olan bananın müalicəvi əhəmiyyətindən xəbərsiz olmaqla yanaşı, hətta bu bitkinin mənşəyi haqqında da aydın təsəvvürümüz yoxdur. Hələ də çoxları bananın vətəninin Afrika qitəsi olduğunu və həmin ərazilərdə daha geniş becərildiyi fikrindədir. Əslində isə həqiqət başqa cürdür.

Bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bananın faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib.

Zaur Həsənov bildirib ki, banan ilk dəfə Makedoniyalı İskəndərin ordusu tərəfindən eramızdan əvvəl 327-ci ildə Hindistanda kəşf olunub. Hindlilər onun kölgəsində sərinləyir və meyvələrindən yeyirdilər. Ərəblər və yunanlar bu bitkini “əntiq meyvə” bitkiləri qrupuna aid etmişdilər. Sonralar banan ərəb tacirləri tərəfindən Afrika sahillərinə, oradan portuqaliyalılar tərəfindən (1482-ci il) Portuqaliyaya, oradan isə 1516-cı ildə Atlantik okeanını keçərək Amerika qitəsinə aparılıb. Güman olunur ki, ABŞ-a banan 1690-cı illərdə Meksika sahillərindən gətirilib.

Hazırda banan Asiya və Latın Amerikası ölkələrində geniş ərazilərdə becərilir. Tropik meyvə bitkiləri içərisində daha çox istehlak əhəmiyyətli bitkidir. Banan meyvələri yüksək kalorili olduğundan dünyanın əksər bölgələrində milyonlarla insanın əsas qida məhsuludur.

Bananın əsas qiymətli cəhətlərindən biri meyvələrin kaliumla, C, A, B vitaminləri və folatla zəngin olmasıdır. Eyni zamanda meyvələr kalsium, dəmir, maqnezium və fosforla zəngindir. Meyvələrinin tərkibində karbohidratlar, həmçinin riboflavin, A provitamini, B1, B2 və C vitamini var. Şəkərlər saxaroza, fruktoza və qlükoza ilə təmsil olunur.

Hər 100 qram meyvə 100 kalori enerji verir. Banan meyvəsinin ləti nişasta ilə zəngindir. Yetişdikdə bu nişasta bir qrup sortlarda şəkərə çevrilir, digərlərində isə çevrilmədən nişasta şəklində qalır. Bu halda ondan qənnadı sahəsində müxtəlif məmulatların hazırlanmasında istifadə olunur. Belə meyvələr, həmçinin qurudulduqdan sonra alınmış pastadan buğda, qarğıdalı və digər dənli bitkilərin əvəzedicisi kimi istifadə olunur. Tumurcuqları tərəvəz kimi yeyilir.

Həm arıqlamaq, həm də kökəlmək üçün istifadə oluna bilir. Səhərlər bir banan yeyəndə tərkibində olan pektinin hesabına mədə şirəsini yığdığına görə həm aclığı götürür, həm də 100 qram meyvə 90-100 kalori enerji verir. Südlə banan yeyilməsi isə çəki artırır. Banan orqanizmdə asan mənimsənildiyindən zəifləmiş insan 5-6 banan yeməklə günə 500-600 kalori toplaya bilir.

Professor Zaur Həsənov deyir ki, banan mədə xorası olanlar üçün xüsusilə əlverişlidir. O, mədə şirəsinin səviyyəsini zəiflədir. Mədə divarını qoruyan təbəqə yaradır, qıcqırmanı götürür, qəbizliyi aradan qaldırır.

Banan meyvələrinin tərkibində olan triptofan və serotinin əqli yorğunluğu götürür, xoş emosional əhval-ruhiyyə yaradır. Kaliumla zəngin olduğundan banan meyvələrindən qan təzyiqinin normallaşdırılması və ürək fəaliyyətinin nizamlanması üçün istifadə olunur. Beyin damarlarında trombun əmələ gəlməsini aradan qaldırır. Kişi potensiyasını artırmaq gücünə malikdir.

Banan zəif işlədici, antibakterial, spazm götürən, ödqovucu, sidikqovucu, yara və xora sağaldıcı, sakitləşdirici təsirə malik olmaqla soyuqdəyməni götürür, həzmi yaxşılaşdırır. Banan pəhriz qidası kimi ağız boşluğunda selikli qişanın zədələnməsi, mədə və onikibarmaq bağırsaq xəstəliyi, xroniki qastroenterokolit, ishal, bakterial dizenteriya, qaraciyər və öd yolları xəstəliyi, stomatit, böyrək və sidik yollarının xəstəliyi, mərkəzi sinir sisteminin funksional pozulmaları zamanı istifadə edilir.

Banan meyvələri ürək-damar çatışmazlığı nəticəsində yaranmış ağır şişmələr, həmçinin hipertoniya xəstəlikləri zamanı faydalıdır. Yetişməmiş banan meyvəsi diabet və piylənmə zamanı faydalı sayılır. Mədəyə və onikibarmaq bağırsağa qanaxma zamanı, dizenteriya və vəba xəstəliklərində banan şirəsi müalicə vasitəsi kimi istifadə olunur. İsterik tutmalar və epilepsiya zamanı banan sakitləşdirici təsir göstərir.

Banan siqaret çəkməyi tərgitmək istəyənlər üçün də qiymətli vasitədir. Meyvələrin tərkibində olan B qrup vitaminlər, həmçinin kalium və maqnezium orqanizmdə nikotinə qarşı dura bilirlər.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri