Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Bank adından zəng edən dələduzlar bu məlumatı paylaşmayın

Bank adından zəng edən dələduzlar bu məlumatı paylaşmayın

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Özlərini bank əməkdaşı kimi təqdim edərək vətəndaşlara zəng edən dələduzların istifadə etdiyi üsullar getdikcə mürəkkəbləşir. Telefon ekranında bankın adı və həqiqi nömrəsi görünsə belə, bu, zəngin həmin maliyyə qurumundan gəldiyi demək deyil.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, diqqət yetirilməli təhlükəsizlik qaydaları açıqlanıb.

Bankın nömrəsini də saxtalaşdıra bilirlər

Dələduzluq sxemi adətən bank adından edilən adi telefon zəngi ilə başlayır. Bankın nömrəsi telefonun yaddaşında olsa belə, cinayətkarlar müasir texnologiyaların köməyi ilə ekranda həmin nömrənin və bankın adının görünməsini təmin edə bilirlər. Bu üsul “spufinq” adlanır.

Zəng edən şəxs müştərinin adını, hesab nömrəsini, hətta bəzi banklarda təhlükəsizlik sualının cavabı kimi istifadə olunan anasının qızlıq soyadını da bilə bilər. Daha sonra hesabdakı vəsaitin təhlükədə olduğunu söyləyərək dərhal tədbir görməyi tələb edir.

Nəşrin məlumatına görə, dələduzların əsas vasitəsi insanda tələskənlik və təcili hərəkət etmək məcburiyyəti hissi yaratmaqdır. Belə vəziyyətdə insan baş verənləri məntiqlə qiymətləndirməkdə çətinlik çəkə və düşünmədən qərar verə bilər.

Zəngi dayandırıb bankla özünüz əlaqə saxlayın

Mütəxəssislər gözlənilməz zənglərə, hətta bankdan və ya tanış xidmətdən gəldiyi təsəvvürü yaransa belə, ehtiyatla yanaşmağı tövsiyə edirlər. Ekranda görünən nömrə zəng edənin kimliyini təsdiqləmir.

Şübhəli zəngə cavab vermisinizsə və ya SMS, yaxud elektron poçtla belə bir bildiriş almısınızsa, bankla özünüz əlaqə saxlayın. Bunun üçün şübhəli mesajda göstərilən nömrədən istifadə etməyin.

Bankın əlaqə nömrəsini kartın arxa tərəfindən və ya maliyyə qurumunun rəsmi saytından götürün. Beləliklə, hesabınızla bağlı vəziyyəti bankın həqiqi nümayəndəsindən öyrənə bilərsiniz.

Telefona gələn təhlükəsizlik kodunu deməyin

Bank adından zəng edən tanımadığınız şəxslə danışarkən heç bir məxfi məlumat paylaşmayın. Xüsusilə bank hesabına və ya şəxsi kabinetə giriş zamanı telefonunuza göndərilən təsdiqləmə kodlarını qarşı tərəfə bildirməyin.

Dələduz belə bir kodu əldə etdikdə ondan hesabınıza daxil olmaq üçün istifadə edə bilər.

Yaxınınızın səsi ilə də zəng edə bilərlər

Nəşr süni intellekt texnologiyalarının inkişafı ilə bağlı başqa bir təhlükəyə də diqqət çəkib. Dələduzlar artıq insanların səsini təqlid edərək onların yaxınlarından pul istəyə bilirlər.

Buna görə mütəxəssislər ailə üzvləri ilə əvvəlcədən gizli bir şifrə ifadəsi müəyyənləşdirməyi məsləhət görürlər. Şübhəli zəng zamanı özünü yaxınınız kimi təqdim edən şəxs böyük məbləğdə pul köçürməyinizi istəsə, həmin ifadəni soruşmaq onun kimliyini yoxlamağa kömək edə bilər.

Evin təhlükəsizliyi üçün də sadə qaydalar vacibdir

Mütəxəssislər mənzili oğurluqdan qorumaq üçün sosial şəbəkələrdə olduğunuz yeri paylaşmamağı, qapı və pəncərələri bağlamağı, siqnalizasiya sistemini aktivləşdirməyi tövsiyə edirlər.

Evə qayıdarkən daim eyni marşrutdan istifadə etməmək, poçt qutusunda məktubların yığılmasına imkan verməmək və açarları asanlıqla tapılan yerlərdə gizlətməmək də məsləhət görülür. Avtomatik yanan işıqlar isə evdə kimsənin olduğu təəssüratını yarada bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri