Icma.az
close
up
RU
Bank kartları ilə bağlı problemlər artır

Bank kartları ilə bağlı problemlər artır

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə Azərbaycanda bank kartları ilə bağlı problemlər artmaqdadır. Kartlardan icazəsiz pul çıxarılması, mobil bank tətbiqlərinin işləməməsi, dələduzluq hallarının çoxalması və xidmət səviyyəsinin aşağı düşməsi vətəndaşlar üçün ciddi narahatlıq yaradır. İnsanlar bank kartlarından istifadə zamanı müxtəlif problemlərlə qarşılaşır, dələduzluq sxemləri isə getdikcə daha mürəkkəbləşir.

Qlobal təcrübə göstərir ki, rəqəmsal ödənişlərin artması ilə kiberhücumlar və fırıldaqçılıq halları da çoxalır. ABŞ, Avropa İttifaqı, Çin və digər inkişaf etmiş dövlətlərin maliyyə bazarlarında bank kartlarının təhlükəsizliyini təmin etmək üçün ciddi tədbirlər görülür. Azərbaycan bank sektorunda da oxşar risklər mövcuddur və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zəruridir.

Şəhər sakinləri arasında “Report” tərəfindən aparılan sorğu zamanı respondentlər bank kartları ilə bağlı qarşılaşdıqları dələduzluq halları və yaşadıqları problemlər barədə danışıblar. Bəzi vətəndaşlar kartlarından icazəsiz pul çıxarıldığını, hətta bank əməkdaşlarının belə bu cür fırıldaqçılığın qurbanına çevrildiyini bildiriblər.

Bank kartlarının təhlükəsiz istifadəsi

Azərbaycan Banklar Assosiasiyasından (ABA) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bank kartlarından istifadə zamanı təhlükəsizliyin təmin olunması üçün həm müştərilər, həm də banklar müəyyən qaydalara ciddi əməl etməlidir.

ABA bank müştərilərinə tövsiyə edir ki, təhlükəsizliyi təmin etmək məqsədilə kart yalnız sahibinə şəxsiyyət vəsiqəsi əsasında verilməli, üçüncü şəxslərə ötürülməməlidir: “Şəxsi məlumatların qorunması çox vacibdir. Bu səbəbdən PIN kod yalnız kart sahibinə təqdim edilməli və gizli saxlanılmalıdır. Telefon, e-poçt və ya digər vasitələrlə paylaşılması yolverilməzdir. Kartın aktivləşdirilməsi yalnız kart sahibi tərəfindən aparılmalı, itki və ya oğurluq halında dərhal banka məlumat verilməlidir”.

Assosiasiyanın açıqlamasına görə, bank əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün iki faktorlu identifikasiya sistemlərindən istifadə edilməli, şübhəli əməliyyatları bloklamaq üçün anti-fraud sistemləri tətbiq olunmalıdır: “Məlumatların şifrələnməsi təmin edilməli və yalnız icazəli şəxslərin bu məlumatlara çıxışı olmalıdır. Banklar müştərilərin şəxsi məlumatlarını qorumaq üçün həmçinin beynəlxalq təhlükəsizlik standartlarına riayət etməlidir”.

Azərbaycanda bank kartlarına kiber hücumlar qeydə alınıbmı?

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov “Report”a bildirib ki, Azərbaycanda bank kartlarına qarşı birbaşa kiber hücumlar müşahidə olunmayıb: “Lakin vətəndaşların OTP kodlarının (birdəfəlik şifrələrin) ələ keçirilməsi yolu ilə vəsaitlərinin oğurlanması halları geniş yayılıb və bu cür dələduzluq halları artmaqdadır”.

E. Abbasov vurğulayıb ki, bank və ya hüquq-mühafizə orqanları heç vaxt vətəndaşlardan OTP kodlarını və ya digər məxfi məlumatları telefon vasitəsilə istəmir, müştərilər bu cür hallara qarşı diqqətli olmalıdırlar.

O əlavə edib ki, ölkədəki prosessinq mərkəzləri Mərkəzi Bankdan lisenziya alaraq fəaliyyət göstərir və ISO 27001 standartına uyğun təhlükəsizlik tədbirləri həyata keçirir: “Banklar bu tələblərə uyğun işləməli və müştəri məlumatlarının qorunmasını təmin etməlidirlər”.

Bankların məsuliyyəti və müştərilərin məlumatlandırılması

E. Abbasovun fikrincə, banklar və digər maliyyə qurumları təhlükəsizlik sistemlərinə kifayət qədər investisiya ayırmalı və müştəriləri baş verən risklər barədə mütəmadi məlumatlandırmalıdır:

“Kiber hücumlardan tam qorunmaq mümkün deyil. Heç bir sistem 100 % təhlükəsiz deyil, lakin banklar təhlükəsizlik tədbirlərini gücləndirərək müştərilərinə daha etibarlı xidmət göstərməlidir. ISO 27001 standartına əsasən, banklar baş verən insidentlər barədə ictimaiyyəti məlumatlandırmalıdır”.

Mütəxəssislər bildirirlər ki, bank müştəriləri şəxsi məlumatlarını qorumaq üçün diqqətli olmalı, şübhəli zənglərə və mesajlara qarşı ayıq-sayıq davranmalıdırlar. Bankların isə təhlükəsizlik standartlarına əməl edərək kiber riskləri minimuma endirməsi vacibdir.

Bank əməliyyatlarında etibarlılıq necə təmin edilir?

Azərbaycanda ən böyük prosessinq mərkəzi olan “Azərikard”dan “Report”a bildirilib ki, şirkətin əsas məqsədi tərəfdaş bankların fəaliyyətini təhlükəsiz və yüksək səviyyədə dəstəkləməkdir.

Mərkəzdən verilən məlumata görə, “Azərikard” beynəlxalq ödəniş sistemləri və Mərkəzi Bankın tələblərinə tam uyğun olaraq fəaliyyət göstərir:

“Təhlükəsizlik tədbirləri çərçivəsində FPS (Fraud Prevention Services) sistemi tətbiq edilib. Bu sistem tərəfdaş banklara informasiya təhlükəsizliyinin təmin olunması üçün təqdim edilir. FPS müştəri məlumatlarının qorunmasını və əməliyyatların təhlükəsizliyini təmin edən qabaqcıl vasitələrdən biridir. Bundan əlavə, “Azərikard” ISO/IEC 27001:2022 beynəlxalq sertifikatını əldə edib ki, bu da təhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsinə təkan verib”.

Şirkət təhlükəsizlik sahəsində insan resurslarının təliminə və texniki imkanların genişləndirilməsinə xüsusi diqqət yetirdiyini də bildirir: “SOC (Security Operations Center) və MSSP (Managed Security Service Provider) kimi təhlükəsizlik sistemləri tətbiq edilib. İnfrastruktur və avadanlıq sahəsinə isə yatırılan investisiyalar hər il artır”.

Bank təhlükəsizliyində əsas amillər

Mütəxəssislərin fikrincə, bankların təhlükəsizlik qaydalarına ciddi riayət etməsi bank kartlarının təhlükəsizliyini təmin edən əsas amillərdir. Vətəndaşlara isə kart məlumatlarını heç kimlə paylaşmamaq, şübhəli əməliyyatlara qarşı diqqətli olmaq və bank bildirişlərini və OTP kodlarını yalnız rəsmi kanallar vasitəsilə yoxlamaq tövsiyə olunur.

Son zamanlar kart istifadəçilərin qarşılaşdığı hallar onu göstərir ki, şəffaf yanaşma sərgiləməsi çox vacibdir. Bununla yanaşı fərdi istifadəçilər qaydalara əməl etsə kiber hücumların sayının minimuma endirilməsi mümkün olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Fevral 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see616

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see342

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see309

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see289

Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU

04 Avqust 2026 12:39see283

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see265

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see257

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see248

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see215

Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03 Avqust 2026 09:56see213

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see197

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

03 Avqust 2026 23:24see189

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see179

Donald Tramp özünə məxsus qolf klubunda bir gündə iki çempionluq qazandı VİDEO

03 Avqust 2026 01:25see179

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

03 Avqust 2026 14:54see172

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see171

Vəkil manipulyativ şəxsi dərhal susduran 3 ifadəni açıqladı

04 Avqust 2026 05:05see168

“Yuventus” müdafiəçi transfer edir

04 Avqust 2026 01:24see166

Türkiyə mediası Qardaşlaşmış Qarabağ məktəbləri barədə yazdı

03 Avqust 2026 01:21see163

Google ev işlərini görən robotları nümayiş etdirdi

03 Avqust 2026 04:21see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri