Icma.az
close
up
RU
Bank of Baku nun rüşvət alan eks əməkdaşının cəzası azaldıldı

Bank of Baku nun rüşvət alan eks əməkdaşının cəzası azaldıldı

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şirvan Apellyasiya Məhkəməsində taksi sürücüsü işləyən qohumu ilə əlbir olub "Bank of Baku"nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisi Bəhrəm Abbasov və qohumu Əziz Rzayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Bəhrəm Abbasovun 8 il 6 ay və Əziz Rzayevin isə 8 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası 8 il 1 aya endirilib.


İttihama görə, bankın kredit mütəxəssisi Bəhrəm Abbasov taksi fəaliyyəti ilə məşğul olan qohumu Əziz Rzayev ilə əlbir olub onlara müraciət edən, eləcə də qanunla kredit ayrılması mümkün olmayan şəxslər barəsində bankın sənədlərinə yalan məlumatlar daxil etməklə 168 min 200 manat qanunsuz kredit ayırıb.


Həmçinin kredit üçün müraciət etmiş şəxslərdən ayrılan məbləğin müəyyən hissəsini rüşvət qismində almaqda ittiham edilib.


Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Əziz Rzayev isə ona kredit üçün müraciət etmiş şəxsləri yönləndirərək onları müxtəlif yerlərdən banka aparıb-gətirmək işləri ilə məşğul olub.


Bəhrəm Abbasov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, Əziz Rzayev isə həmin məcəllənin 32.5, 308.1, 32.5, 311.3.2 və 32.5, 313 (qeyd edilən cinayətlərdə kömək etmə) maddələri ilə ittiham ediliblər.


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhrəm Abbasov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib. Cinayət işi üzrə təqsirləndirilən taksi fəaliyyəti ilə məşğul olmuş və Bəhrəm Abbasovun qohumu Rzayev Əziz Xəqani oğlu isə 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Onun barəsində də polisin nəzarətinə vermə qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında həbs edilib.
Kamal Məmmədov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Aprel 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgünün işi ilə bağlı rəsmi çağırış: Kimdə varsa, gətirsin

20 May 2025 14:19see267

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see204

BDU nun Psixoloji yardım sektoru Gənc istedadlar liseyində Sənin peşən, sənin gələcəyin adlı təlim keçirib

20 May 2025 10:51see147

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see144

Elgünün dostları və qohumları da dindirilib RƏSMİ AÇIQLAMA

20 May 2025 13:17see132

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see127

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see119

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see118

Bu meyvə ürəyin dərmanı imiş MÖCÜZƏ

20 May 2025 13:20see118

Bu kolbasalar böyrəkdə daş yaradır

20 May 2025 11:31see118

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see117

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see117

Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxsə ağır cəza verdi

20 May 2025 12:07see116

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see116

Dünən bank kartlarından oğurlanan vəsait açıqlanıb

20 May 2025 11:29see116

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see116

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see115

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri