Icma.az
close
up
RU
Bank of Bakunun qanunsuz kredit... Banklar daxili audit və Mərkəzi Bank tərəfindən yoxlanılmalıdır

Bank of Bakunun qanunsuz kredit... Banklar daxili audit və Mərkəzi Bank tərəfindən yoxlanılmalıdır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Taksi sürücüsü işləyən qohumu ilə əlbir olub "Bank of Baku"nun Şirvan filialında külli miqdarda qanunsuz kredit ayırmaqda təqsirləndirilən həmin bankın kredit mütəxəssisinin və qohumunun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, "Bank of Baku"nun Şirvan filialının kredit mütəxəssisi olmuş Abbasov Bəhrəm Abdulla oğlu səkkiz il altı ay müddətə azadlıqdan məhrum edilib.

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, banklar müstəqil təşkilatlardır və müstəqil təşkilat olduqları üçün özlərinin maliyyə vəziyyətinə birbaşa cavabdehliyi həyata keçirirlər. Banklar haqqında qanuna görə, o cümlədən bankların özlərinin daxili təlimatlarına əsasən dövrü və ya növbədən kənar olmaqla bir sıra yoxlamalar həyata keçirilir. Bu yoxlamalardan biri də daxili audit yoxlaması vəya Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən bankların yoxlanılmasıdır. Əgər bankların yoxlanılması zamanı hərhansı bir uyğunsuzluq aşkar olunarsa və ya düzgün olmayan şəkildə dəyərləndirilməklə kreditlərin ayrılması baş verərsə və ya kreditlərin ayrılmasında şübhəli əməliyyatlar hiss olunarsa və ehtimal olunarsa, bununla bağlı sənədlər toplanılır, şübhələr daha ciddi formada olduqda həmin material Azərbaycan Respublikası prokurorluğuna göndərilir və prokurorluğun əməkdaşı tərəfindən istintaq hərəkətləri nəticəsində törədilən və ya törədilməsi ehtimal olan cinayətin araşdırılmasına başlanılır.

Ramil Süleymanov / Foto: Bizimyol.info

Hüquqşünas vurğulayıb ki, əgər, müəyyən olunsa ki, bu şəxslərin əməllərində qanunsuzluq var, o zaman Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (yalançı sahibkarlıq) 193-cü maddəsinə əsasən, əgər şəxsin adından yalançı sahibkarlıq edirmiş kimi hərəkətlər olarsa, nəticədə cinayət işi bu maddə ilə başlanılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195-ci maddəsinə uyğun olaraq, qanunsuz kredit alma və ya krediti təyinatı üzrə istifadə etməmə cinayətinin də törədilməsi mümkündür.

“Bildiyiniz kimi bankların bir sıra kredit məhsulları olur, burada istehlak krediti olur, avtomobil krediti olur, ev təmiri krediti olur və s. Sadaladıqlarımla bağlı bankın kredit mütəxəssisini və yaxud bankın daxili araşdırmanın kreditin təyinatı üzrə istifadə olunub-olunmaması ilə bağlı yoxlama aparmaq səlahiyyəti var. Əgər həqiqətən də krediti təyinatından kənar istifadə etmək müəyyən olunarsa, müvafiq material toplana və hüquq mühafizə orqanlarına müraciət oluna bilər. Krediti təyinatı üzrə istifadə etməmə nəticəsində xeyli miqdarda ziyan vurularsa, ziyanın 2-3 mislinə qədər cərimə, 2 il müddətinə qədər islah işləri, 1-2 il azadlıqdan məhrumetmə cəzası təyin oluna bilir. Eyni zərər külli miqdarla vurulduqda, 2-5 il azadlıqdan məhrumetmə cəzası da təyin oluna bilir. Bankın əməkdaşları barəsində isə 308-ci maddəyə uyğun olaraq, vəzifə səlahiyyətlərini aşma və ya 313-cü maddəyə uyğun olaraq, vəzifə saxtakarlığı cinayətlərinin törədilməsi ilə bağlı ittiham da elan oluna bilər”-deyə Ramil Süleymanov bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Dekabr 2024 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see222

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see149

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri