Icma.az
close
up
RU
Bank Respublika I rübdə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib

Bank Respublika I rübdə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri olduğunu bir daha təsdiqləyib və fəaliyyətinin əsas istiqamətlərində dayanıqlı artım nümayiş etdirib.

Əldə olunan nəticələr müştəriyə yönəlik strategiya, rəqəmsal texnologiyalara aktiv investisiyalar, risklərin effektiv idarə olunması və biznes modelinin şaxələndirilməsi sayəsində mümkün olub.

Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:

2025-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:

Aktivlər 6,6% artaraq 2,2 milyard manata çatıb Məcmu kapital 32,4% artaraq 234,6 milyon manata yüksəlib Kredit portfeli 26,3% artaraq 1,5 milyard manata çatıb Xalis faiz gəlirləri 18,4% artaraq 40,93 milyon manat təşkil edib Xalis əməliyyat mənfəəti 7,9% artaraq 18,22 milyon manata çatıb Xalis mənfəət 7,1% artaraq 14,47 milyon manat təşkil edib

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

I dərəcəli kapitalın adekvatlıq əmsalı — 9,55% (norma 6,5%) Məcmu kapitalın adekvatlıq əmsalı — 14,07% (norma 12,5%) Leverec əmsalı — 7,00% (norma 5%)


“Birinci rübdə bütün əsas maliyyə göstəriciləri üzrə əldə etdiyimiz artım bizim uzunmüddətli strategiyamızın nəticəsidir. Bu strategiya yeniliklərə, dayanıqlığa və müştərilər tərəfindən yüksək etimadın təmin olunmasına əsaslanır. Biz rəqəmsal həlləri inkişaf etdirməyə və həm pərakəndə, həm də korporativ bankçılıq sahəsində mövqelərimizi möhkəmləndirməyə davam edəcəyik” — deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin birinci rübü ərzində Bank Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://banco.az
archiveBu xəbər 15 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri