Icma.az
close
up
RU
Banka depozit qoymaq daha sərfəlidir? Faizlər xeyli artıb

Banka depozit qoymaq daha sərfəlidir? Faizlər xeyli artıb

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Banklarda valyuta əmanətlərinin həcmi xeyli azalıb. Bir çox vətəndaş əllərində olan valyutanı depozit kimi saxlamaq yerinə mənzil və obyekt kimi daşınmaz əmlak növlərinə yatırmağa üstünlük verirlər. 2025-ci ildə bu sahədə dəyişiklik olacaqmı? 

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırda əmanət faizlərində artımlar müşahidə edilməkdədir:

“Ümumiyyətlə, 2023-cü ilin sonu, 2024-cü ilin əvvəlindən etibarən əmanətlərin faizlərində artımlar müşahidə edildi. Xüsusilə, sistem əhəmiyyətli banklar əvvəlki dövrlərlə müqayisədə təxminən 2 dəfəyədək daha artıq faizlər təklif etməyə başladılar. 2024-cü ilin sonu və hazırda demək olar ki, əmanətlər üçün təşkil edilən faizlər dövründən, valyuta növündən, məbləğdən asılı olaraq 6-12 faiz arası dəyişir.

Görünən odur ki, qısamüddətli dövrdə, xüsusilə 12-18 aylıq dövrdə banklar əmanətlərə daha yuxarı faizlər təklif edirlər. Amma 30-36 aylıq dövrə daha aşağı faizlər təklif olunur. Bu da onu deməyə əsas verir ki, hazırda likvidliklə bağlı yaranmış çətinliklər daha yüksək şərtlərlə əmanətin cəlb edilməsi istiqamətində zərurət formalaşdırır. Amma pozitiv meyil ondan ibarətdir ki, uzunmüddətli dövrdə maliyyə və iqtisadi mühitinin nisbətən sabitləşməsini ehtimal edirlər.

İndiki halda əmanətlərin faizlərinin hesablanmasının müxtəlif şərtləri var. Əmanətin valyuta növü faiz nisbəti təsir göstərir, hazırda manatla olan əmanətlərə daha yüksək faizlər təklif edilir. Bu faizlər demək olar ki, sığortalanan əmanət faizlərinin limitinə yaxınlaşıb. Hətta sistem əhəmiyyətli və dövlət kapitallı banklarda belə 12 faizlik əmanətlər var”. 

Ekspert qeyd edib ki, xarici valyuta ilə qoyulan əmanətlərin depozit faizləri manata nisbətən 3 dəfə daha aşağıdır:

“Valyuta əmanətlərinin faizləri də əvvəlki dövrə nisbətən yüksəlib. Amma manatla olan əmanətlərə nisbətən, digər valyutalara 3 dəfəyə yaxın daha aşağı faiz təklif olunur.

Bəzi banklar bu istimqamətdə ümumiyyətlə cüzi faizlər təklif edirlər. Bu faizlərin müəyyənləşməsi bankın maliyyə göstəriciləri, kredit siyasəti və digər faktorlarla bağlıdır. Əgər bank daha çox xarici müştərilərlə və yaxud ixracatçılarla işləyirsə, ona daha çox xarici valyuta və vəsaitlərə ehtiyacı yaranır. Bu zaman həmin bank belə valyutaların əmanət faizlərini artırır. Vaxtından əvvəl əmanətlərin götürülməsi isə 2 formada tənzimlənir. Birinci formada ümumiyyətlə əmanət müddəti bitdikdən sonra məbləği götürmək, ikinci isə müqavilədə göstərilmiş vaxtan əvvəl götürülür. İkinci halda əmanətlərə faiz verilmir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Fevral 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri