Bankın adından zəng edib dələduzluq etmək istəyən şəxs ifşa olundu VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son zamanlar dələduzlar xarici ölkələrin mobil operatorları vasitəsilə Azərbaycan vətəndaşlarını hədəfə alırlar. Avtosfer.az xəbər verir ki, onlar özlərini bank əməkdaşı kimi təqdim edərək insanları aldatmaq və pullarını ələ keçirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bu dəfə Gürcüstan mobil operatoruna aid nömrədən zəng edən şəxs özünü “Kapital Bank”ın təhlükəsizlik xidməti əməkdaşı kimi qələmə verib. Lakin zəng edilən şəxs bunun fırıldaq olduğunu anlayaraq dələduzu ifşa edib və yalanını üzə çıxarıb. Bundan sonra saxta “bank əməkdaşı” əsəbiləşərək kobud şəkildə “nə yekəxana-yekəxana danışırsan” deyə qarşı tərəfə qışqırmağa başlayıb.
Fərid
Baxış sayı:58
Bu xəbər 27 Avqust 2025 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















