Icma.az
close
up
RU
Bankın bağlanması əmanətin itirilməsi deməkdirmi? İQTİSADÇI DANIŞDI

Bankın bağlanması əmanətin itirilməsi deməkdirmi? İQTİSADÇI DANIŞDI

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycanda bank bağlanarsa, müəyyən hallarda əmanətin itirilməsi mümkündür. Əmanətin qorunması üçün onun Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş şərtlərə uyğun olması vacibdir".

Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondunun əsas məqsədlərindən biri əmanətçilərin risklərini azaltmaq və onların vəsaitlərini qorumaqdır. Lakin hesab edirəm ki, Fond hazırkı formada depozit sektorunda risklərin azalmasına tam xidmət etmir:

"Onun fəaliyyətinin müəyyən məhdud çərçivəsi var və bu çərçivə daxilində bank sektorunda risklərin idarə olunması ilə bağlı problemlər qalmaqdadır.

Əgər hüquqi şəxs bankda əmanət yerləşdiribsə və həmin bank müflis olaraq bağlanırsa, hüquqi şəxsin əmanətini geri almaq imkanları məhdudlaşır. Bank müflis olduqda onun aktivləri qiymətləndirilir və öhdəliklərin qarşılanmasına yönəldilir. Lakin burada növbəlilik prinsipi tətbiq olunur və hüquqi şəxslərin əmanətlərinə növbə çatmaya bilər. Bu halda əmanətin itirilməsi mümkündür.

Fiziki şəxslərin əmanətləri üzrə isə Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlər mövcuddur. Məsələn, əmanətin faiz dərəcəsi ilə bağlı limitlər tətbiq edilir. Xarici valyutada əmanətlər üçün 7 faiz, manatla olan əmanətlər üçün isə 12 faiz həddi müəyyən edilib. Hesab edirəm ki, faiz dərəcəsinə belə məhdudiyyət qoyulması Fondun əsas funksiyası olmamalıdır. Fondun əsas vəzifəsi banklardakı riskləri qiymətləndirmək və əmanətçiləri həmin risklərdən sığortalamaqdır.

Digər tərəfdən, Əmanətlərin Sığortalanması Fondu riskləri düzgün idarə edən banklarla riskləri düzgün idarə etməyən banklar arasında kifayət qədər fərq qoymur. Eyni prinsiplərlə sığorta haqqının müəyyənləşdirilməsi riskli davranan bankların da eyni mexanizmdən faydalanmasına şərait yarada bilər. Bu isə bankları daha riskli davranışa təşviq edə və nəticədə bank sektorunda riskləri artıra bilər.

Bu məsələnin bilərəkdən davam etdirildiyini deməyimin səbəbi odur ki, qeyd olunan problemlərlə bağlı iradlar dəfələrlə, hətta on il əvvəl də mənim tərəfimdən Mərkəzi Banka və digər aidiyyəti qurumlara çatdırılıb. Buna baxmayaraq, hesab edirəm ki, riskli yanaşmalar davam etdirilir.

Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bank hesablarında saxladıqları vəsaitlərlə bağlı da müəyyən məhdudiyyətlər mövcuddur. Belə hesabda 20 min manatdan yuxarı olan hissənin sığortalanmaması halında bank bağlandıqda həmin məbləğin itirilməsi riski yaranır.

Ümumilikdə, bankın bağlanması onun müştəriləri üçün ciddi problem yarada bilər. Əmanətlərin sığortalanması yalnız müəyyən edilmiş şərtlərə cavab verən vəsaitlərə şamil olunur. Fiziki şəxslər üçün kompensasiya limiti 20 min manatdır. Sahibkarlıq fəaliyyəti ilə bağlı hesablar üzrə də 20 min manatlıq limit tətbiq olunur. Lakin bu kompensasiyanın ödənilməsi üçün əmanətin digər sığorta şərtlərinə də uyğun olması tələb edilir.

Əmanət həmin şərtlərə uyğun gəlmirsə, onun üzrə sığorta kompensasiyası ödənilmir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:431
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri