Icma.az
close
up
RU
Bankların kredit ödənişlərində müştəriləri tələsdirməsi devalvasiya öncəsi milli valyuta yığmağa oxşayır

Bankların kredit ödənişlərində müştəriləri tələsdirməsi devalvasiya öncəsi milli valyuta yığmağa oxşayır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Uzun müddətdir ki, hər kəs devalvasiyadan danışır. Hətta bəziləri iddia edir ki, Mərkəzi Bank dollar hərraclarının sayını da bu səbəbdən açıqlamır.Bəs əslində necədir? Hamının gözlədiyi devalvasiya yaxındadırmı?Mərkəzi Bankın hərraclarının şəffaf olmaması bir devalvasiya göstəricisi hesab edilə bilərmi?

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə hər bir qeyri-şəffaflıq müəyyən şübhələr yaradır.

Əkrəm Həsənov

İqtisadçı qeyd edib ki, devalvasiya söhbəti artıq bir ilə yaxındır ki, ictimaiyyət arasında gəzib dolaşır. Əkrəm Həsənov hesab edir ki, indiki məqamda devalvasiya üçün elə bir ciddi əsas yoxdur.

“Ölkənin mövcud valyuta ehtiyatları devalvasiyanın qarşısını almaq üçün kifayət edir. Amma 3-5 ilə devalvasiya qaçılmazdır. Çünki Azərbaycanın neft hasilatı azalır, valyuta ehtiyatları da azalacaq”-deyə Əkrəm Həsənov əlavə edib.

Mərkəzi Bankın hərracların nəticəsini açıqlamaması məsələsi ilə bağlı iqtisadçı bildirib ki, Mərkəzi Bankın saytında onun valyuta ehtiyatlarının göstəricisi var.

“Mərkəzi Bank valyuta ehtiyatlarından satır. Yəni, o rəqəmi onsuz da görmək olur. Hər ay Mərkəzi Bank bu məlumatı öz saytında dərc edir. Mərkəzi Bankın saytında hər dəfə hərracın nəticəsi bildirilməsə də, aylıq əsasda görünür”-deyən iqtisadçı qeyd edib ki, bu baxımdan Mərkəzi Bankın nəyisə gizlətməsi doğru deyil.

Əkrəm Həsənov qeyd edib ki, devalvasiya təhlükəsini bankların fəaliyyətində görür. İqtisadçı bildirib ki, son zamanlar iri banklar, sistem əhəmiyyətli banklar, inhisarçı banklar milli valyutada olan kreditlərlə bağlı məhkəmələrin nəticəsini gözləmədən hüquq-mühafizə orqanlarına müraciət edirlər.

“Tutaq ki, kimsə banka borcunu vermir, bank da məhkəmənin nəticəsini gözləmədən hüquq-mühafizə orqanına müraciət edir. Guya müştəri bunu aldadıb. Əlbəttə, bunlar boş-boş söhbətlərdir və hüquq-mühafizə orqanları da bu məsələ ilə məşğul olmamalıdır. Borcu varsa, məhkəmə var və cəzanı məhkəmə müəyyən etməlidir. Sadəcə bunlar nədənsə, o borcu geri qaytarmağa tələsirlər. Bu da məndə şübhə yaradır ki, niyə tələsirlər? Deməli, nə isə, gözləntiləri var. Yəni milli valyutada pulu tez geri almağa çalışırlar. Əlbəttə, bu fikir əsassız da ola bilər. Amma hüquq-mühafizə orqanlarına bankların müraciəti və hüquq-mühafizə orqanlarının bu iş üzrə müştəriləri narahat etməsi, hətta bəzən cinayət işi açması əslində qanunsuzdur”-deyən iqtisadçı bildirib ki, iri banklar hüquq-mühafizə orqanlarından kollektor kimi kimi istifadə edirlər və bu da əlbəttə ki, düzgün davranış deyil.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri