Icma.az
close
up
RU
Bankların maaş kartına əl uzatması qanunidir? AÇIQLAMA

Bankların maaş kartına əl uzatması qanunidir? AÇIQLAMA

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar banklardan edilən şikayətlərin əsas mövzularından biri də maaş kartlarına özbaşına müdaxilədir. Belə ki, müştəri kredit ödənişində gecikmə edirsə, bank onun maaş kartından və ya digər debet kartından vəsait çıxaraq borcu silir.

Bu isə çox vaxt vətəndaşın razılığı olmadan həyata keçirilir. Bəs, belə addım nə dərəcədə qanunidir və vətəndaş bu halda hansı hüquqi yollara müraciət edə bilər?

Hüquqşünas Elcan Həsənli Metbuat.az-a deyib ki, bankların müştərinin maaş kartına və digər hesablarına müdaxiləsi yalnız qanunda göstərilən hallarda mümkündür.


Onun sözlərinə görə, əgər bank və müştəri arasında bağlanmış kredit müqaviləsində xüsusi şərt qeyd olunubsa və müştəri buna imza ataraq razılıq veribsə, bank kredit ödənişində gecikmə olduqda avtomatik olaraq həmin kartdan vəsaiti çıxara bilər. Bu, müqavilədən irəli gələn öhdəlik hesab olunur.

Lakin əks halda, yəni belə şərt müqavilədə göstərilməyibsə, bank müştərinin hesabına müdaxilə edə bilməz. Belə hallarda yalnız məhkəmə qərarı və icra məmurunun tələbi əsasında kartdan və ya digər bank hesablarından pul tutulması mümkündür.

Mövzu ilə bağlı hüquqşünas, bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov Metbuat.az-a bildirib ki, bank müştəriləri bu şərtə müqavilə bağlayarkən əvvəlcədən razılıq vermiş olurlar:


“Məsələ ondadır ki, müştəri bankla hesab və ya kredit müqaviləsi bağlayanda, orada elə bir şərtlə razılaşır ki, əgər kredit ödənişində gecikmə olarsa, bank maaş kartından vəsaiti çıxara bilər. Sadəcə, məsələ bundadır ki, müştərinin də ixtiyarı var: qanuna görə, o, hər an əməkhaqqı kartını bağlaya və işəgötürənə müraciət edib deyə bilər ki, maaşımı başqa banka köçür. Buna da əməl olunmalıdır. Amma təəssüf ki, Azərbaycanda bu sahədə qanunvericilikdə boşluqlar var və banklar bundan sui-istifadə edirlər”.

Əkrəm Həsənov qeyd edib ki, vətəndaş iş yerinə müraciət edərək maaşının başqa banka köçürülməsini tələb edə bilər, lakin əksər hallarda “yox” cavabı alır və hüquqları pozulur. Hətta vətəndaş banka müraciət edib kartı bağlamaq istədikdə belə, bank bunu etməyə bilər. Halbuki, müştəri bankın xidmətindən imtina etmək hüququna malikdir və mütləq qaydada həmin bankın müştərisi olmaq məcburiyyəti yoxdur. Bu isə faktiki olaraq qanunsuz sayılır.

Bəs bu halda vətəndaş hüquqlarını necə müdafiə edə bilər? Mütəxəssisin sözlərinə görə, vətəndaş həm işəgötürəni, həm də bankı məhkəməyə verə bilər:

“Mən bu mövzunu Mərkəzi Bankın sədri Taleh Kazımova da çatdırmışam. İki il əvvəl o bildirmişdi ki, bu sahədə işlər aparılır və qanunsuz praktika aradan qaldırılacaq. Bu ilin aprelində isə yenidən qeyd etdi ki, ilin sonuna qədər ən azı dövlət qurumlarında çalışanlar üçün yeni sistem tətbiq olunacaq. Bu sistemə əsasən, hər kəs maaşını hansı bankdan almaq istədiyini özü seçə biləcək. Bu, yalnız dövlət qurumlarında həyata keçiriləcək, özəl sektora isə şamil olunmur. Dövlət qurumları əməkhaqqı ödənişi üçün bir neçə bank seçimi təqdim edirlər və bunlar əsasən ölkənin iri banklarıdır. Lakin hər bir halda, vətəndaşın haqqı var: ya məhkəməyə müraciət edə, ya da şikayət edə bilər. Çünki bu, hüquqlarının pozulması deməkdir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:315
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Avqust 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri