Icma.az
close
up
RU
Bankların mənfəəti azalıb Səbəb problemli kreditlərdir, yoxsa investisiya xərcləri?

Bankların mənfəəti azalıb Səbəb problemli kreditlərdir, yoxsa investisiya xərcləri?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin əvvəlindən başlayaraq, Azərbaycan banklarının mənfəətləri azalıb. Belə ki, 2025-ci ilin yanvar-may aylarında banklar 430.7 mln. manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 17.1 faiz azdır. Sektorun əməliyyat mənfəəti isə 3.3 faiz azalaraq 708.2 mln. manat təşkil edib. Azalma rəqəmlərdən aydın şəkildə görünür. Bəs səbəblər nədir?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Artan xərclər, azalan mənfəət

Maliyyə və bank məsələləri üzrə ekspert İsmayıl Məmmədovun sözlərinə görə, bankların mənfəətinin azalmasının səbəbləri müxtəlifdir: "Səbəblərdən biri faiz gəlirləri və marjaların daralması ola bilər. Bankların faiz gəlirləri əvvəlki illə müqayisədə artmaqda davam etsə də, faiz xərclərinin daha sürətli artması faiz marjasının daralmasına səbəb olub. Bu, xüsusilə depozitlər üzrə yüksək rəqabət fonunda müşahidə olunur. Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması (hazırda 7.75 faiz) pulun maya dəyərini azaltsa da, banklar bu şəraitdə depozit cəlbi üçün müştərilərə daha cəlbedici faizlər təklif etməyə məcbur olublar. Bu isə faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqi azaldıb".

İ.Məmmədovun fikrincə, bankların xərcləri də çoxalıb: "Rəqəmsallaşma və struktur xərclərinin artımı da əsas səbəblərdəndir. Sektor üzrə ümumi əməliyyat xərclərində artım müşahidə olunur. Xüsusilə də IT infrastrukturuna yatırımlar və rəqəmsal transformasiya xərcləri əhəmiyyətli dərəcədə yüksəlib. Sektorun rəqəmsallaşma səviyyəsi 2024-cü illə müqayisədə 15-20 faiz artıb. Bu da infrastruktur və texnologiyaya çəkilən xərclərdə əks olunur. Bu, qısamüddətli mənfəətə təsir etsə də, bankların uzunmüddətli dayanıqlılığı və səmərəliliyi üçün strateji zərurətdir. Əməkhaqqı və insan kapitalı xərcləri də artıb. Əmək bazarındakı təzyiqlər, xüsusilə qanunlara əməl olunmasına nəzarət edən şöbə, pul yuyulmasının qarşısını alan sistem və risk idarəetməsi sahələrində ixtisaslı kadrlara tələbin artması ilə nəticələnib. Statistika göstərir ki, bank sektorunda orta əməkhaqqı son bir ildə 12-15 faiz artıb. Bu da əməliyyat xərclərinin artmasına və mənfəətin azalmasına təsir edən əsas amillərdəndir".

Kreditlərin yaratdığı problem

Bank eksperti bildirib ki, kredit portfeli və ehtiyatlar da mənfəətə təsir edir: "Banklar bu dövrdə kredit portfellərində risklərə qarşı daha konservativ yanaşma sərgiləyiblər. Problemli və gecikmiş kreditlərin həcmi artmasa da, restrukturizasiya olunmuş (ödəniş vaxtının uzadılması, faiz dərəcələrinin aşağı salınması və bir hissəsinin və ya hamısının bağışlanması kimi tədbirlərə məruz qalan kreditlər) kreditlərin payı yüksəlib. Bu da potensial risklərə qarşı ehtiyatların artırılması ilə nəticələnib. Kreditin qaytarılmaması halında bu ehtiyatlardan istifadə olunur. Məsələn, bir çox banklarda problemli kreditlər üçün ayrılan ehtiyatlar əvvəlki ilə nisbətən 10-12 faiz artıb ki, bu da xalis mənfəətin azalmasına birbaşa təsir edir. 2025-ci ilin ilk yarısında qeyri-neft sektorunda artım templəri aşağı düşüb, istehlak kreditləri və mikro-biznes kreditlərinə tələbdə müəyyən durğunluq müşahidə olunub. Mərkəzi Bankın statistikalarına görə, istehlak kreditlərində artım tempi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 35 faizdən 20 faizə düşüb. Bu da kredit gəlirlərinin proqnozdan aşağı düşməsinə səbəb olub".

İ.Məmmədovun fikrincə, 2025-ci ilin ilk beş ayındakı xalis mənfəət azalması böhranın deyil, struktur dəyişikliklərin və sektoral tənzimləmələrin nəticəsidir: "Bu proseslər bank sektorunu daha şəffaf, dayanıqlı və texnologiya yönümlü hala gətirir. Qısamüddətli mənfəət təzyiqlərinə baxmayaraq, uzunmüddətli perspektivdə sektorun maliyyə dayanıqlılığı və xidmət keyfiyyəti daha güclü olacaq. Qısa müddətdə bankların bu mənfəət azalmasını kompensasiya etmək üçün komissiya və xidmət haqlarında artıma getməsi mümkündür, xüsusilə rəqəmsal kanallar və kart məhsulları üzrə. Kredit faizlərində isə yaxın dövrdə ciddi dəyişiklik gözlənilmir, çünki artıq marjalar kifayət qədər sıxılmış vəziyyətdədir".

"Qazandıqları mənfəətin bir hissəsini investisiya xərclərinə ayırıblar"

İqtisad elmləri üzrə fəlsəfə doktoru Altay İsmayılov isə mənfəətin azalmasının kreditlərlə bağlı olmadığı qənaətindədir: "Qeyd edilən dövr ərzində kredit faizlərində elə də dəyişiklik olmadığını görürük. Yəni mənfəətin azalması kreditlərlə bağlı deyil. Səbəb riskli kreditlər portfelinin artması ola bilər. Riskli kreditlər artdığı zaman bu, bankların likvidliyinə, mənfəətinə mənfi təsir göstərir. Digər tərəfdən, əməliyyat mənfəəti də 3.3 faiz azalıb. Bu da ümumi mənfəət azalmasına təsir edir. İnvestisiya xərclərinin artması da digər bir səbəbdir. Banklar qazandıqları mənfəətin bir hissəsini yeni investisiya xərclərinə ayırmış ola bilərlər. Son zamanlar bankların depozit faizlərini qaldırdıqlarını da görürük. Bu, daha çox pul cəlb etmək niyyəti ilə edilir. Statistika da göstərir ki, vətəndaşların depozitləri üçün ödənilən faizlər artırılıb".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Avqust 2025 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see342

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see300

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see182

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see140

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see138

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see137

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see135

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see132

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see128

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see125

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see124

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see123

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see123

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see121

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see120

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri