Icma.az
close
up
RU
Əhali bu bankdan əmanətlərini geri çəkir Səbəb

Əhali bu bankdan əmanətlərini geri çəkir Səbəb

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Bank Avrasiya” ASC 2025-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bankın cəmi öhdəliklər və kapitalı azalaraq ötən ilin sonunda 200 milyon 977 min manatdan 196 milyon 400 min manata düşüb. Bankın əməliyyat mənfəəti ötən ilin birinci rübündəki 1,485.77 min manatdan 1,389.03 min manata enib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, maliyyə qurumunun kredit portfelinin həcmi azalıb. Belə ki, bankın kredit portfeli ilin əvvəlindəki 136 164.09 min manatdan aprel ayının 1-nə 131 627.41 min manata qədər geriləyib. Azalma əsasən biznes və daşınmaz əmlak kreditlərində baş verib. “Bank Avrasiya” ASC-nin biznes kreditləri üzrə portfeli yanvarın 1-nə olan 62,479.99 min manatdan aprelin 1-nə 59,196.53 min manata düşüb.

Vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə çatıb

Bankdakı vaxtı keçmiş kreditlərin portfeldə çəkisi 16%-ə yüksəlib. Xatırladaq ki, 2025-ci ilin yanvarın 1-nə bu faiz nisbəti 13,63% (18 milyon 556 min manat) təşkil edirdi. Aprelin 1-nə olan rəqəmlərə görə, bankın ümumi kredit portfelində 20 milyon 177.16 manat kreditin vaxtı keçib. 20 milyon 177 min manat kreditin 3 milyon 336 min 73 manatı qeyri-qənaətbəxş, 1 milyon 918 min manatı təhlükəli, 15 milyon 673 min manatı ümidsizdir.

Bankın iqtisadiyyata ayırdığı vəsaitləri geri ala bilməməsi maliyyə vəziyyətini ağırlaşdırıb. Balansdan silinmiş ümidsiz kreditlərin manatla əsas məbləği 7 milyon 293 min manat, xarici valyutada 3 milyon 307 min manat olub.

Bankın aktivlər üzrə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatları 13 milyon 327 min manata çatıb. Zərər kimi tanınan ehtiyat xərclərinin artımı əslində bankın aktivlərinin sağlamlaşdırılması tədbirlərinin zəif effekt verməsini, eyni zamanda problemli aktivlərin artıdığını göstərir.

Əhalinin bankdakı pulları azalıb

Bu ilin yanvar-mart aylarında “Bank Avrasiya”nın öhdəlikləri 6 milyon 427 min manat azalaraq 109 milyon 905 min manata düşüb. Bankın depozit portfeli kiçilib. Ötən ilin sonunda 63,14 milyon manatdan bu ilin mart ayının sonuna 57 milyon 380 min manata enib. Azalma həm fiziki, həm də hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə baş verib. Fiziki şəxslərin əmanətlərində 2,238.67 min manat, hüquqi şəxslərin banka yerləşdirdikləri vəsaitlərdə isə 3,395.91 min manat azalma baş verib.

Bankın əhalidən vəsaitlərin cəlbində yaşadığı problem müştərilərə ayrılan borc vəsaitlərinin azalmasını şərtləndirib. Digər tərəfdən bank kreditləri ilə yanaşı, bankın qiymətli kağızlara yatırdığı vəsait eləcə də maliyyə sektoru üzrə tələbləri məhdudlaşıb.

Bankın subordinasiya borc öhdəlikləri ötən ilin sonundakı 903.71 min manatdan bu ilin birinci rübündə 1,473.6 min manata yüksəlib.

Qeyd edək ki, ötən ilin noyabrında bankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın nizamnamə kapitalının 37,5 faiz hissəsinə malik “YevroStandart” MMC-nin payı “Top Properties” MMC-yə satılıb.

Eyni zamanda, bankın digər səhmdarı – “PMD Group” MMC-nin nizamnamə kapitalındakı 37,5 faiz iştirak payının 12 faizi “Top Properties” MMC-yə, 24,5 faizi artıq 25 hissəyə sahib olan “Azbizneskom” MMC-yə və 1 faizi isə Rüstəm Eynullayevə satılıb.

Bununla da bankın nizamnamə kapitalının 49,5 faizinə “Top Properties” MMC, 49,5 faizinə “Azbizneskom” MMC və 1 faizlik hissəsinə isə R.Eynullayev sahiblik edir.

Xatırladaq ki, “Bank Avrasiya” ASC 2007-ci ildən fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Aprel 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see395

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see271

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see262

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see262

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see258

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see256

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see255

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see253

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see252

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see240

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see234

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see232

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see231

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see230

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see230

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see229

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see229

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see228

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri