BANM da keçirilən Müstəqillik Günündə Koç Universitetinin rektoru da iştirak edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 28 may, AZƏRTAC
28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı ədəbi-bədii tədbir Bakı Ali Neft Məktəbinin (BANM) Ağ Şəhər kampusunda yüksək əhval-ruhiyyə və vətənpərvərlik ruhunda keçirildi.
Bu barədə AZƏRTAC-a Bakı Ali Neft Məktəbindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qaımov, Koç Universitetinin rektoru professor Metin Sitti və BANM-ın müəllim heyəti tədbirdə iştirak edib.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Zəngin bədii proqramda vətən sevgisini tərənnüm edən şeirlər, monoloqlar və musiqi nömrələri səsləndirilib. Azərbaycan və dünya ədəbiyyatından nümunələrlə zənginləşdirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 28 May 2025 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















