BANM ilə Malayziyanın PETRONAS Texnoloji Universiteti arasında əməkdaşlıq yaradılır
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 20 may, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Malayziyanın Azərbaycandakı səfirliyi və PETRONAS Texnoloji Universitetinin (PTU) nümayəndə heyəti ilə akademik əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparıb.
Bu barədə AZƏRTAC-a ali məktəbdən məlumat verilib.
Görüşdə Malayziya səfirliyinin ikinci katibi Nurul Ain Məhəmməd Fadhil, PTU-nun Magistratura və tədqiqat üzrə dekanı Fadzil Həsən, PTU-nun Öyrənmə strategiyası və biznesin inkişafı üzrə meneceri Məhəmməd Əzfər Bin Məhəmməd və PTU-nun biznesin inkişafı və akademik planlaşdırması üzrə baş icraçı direktoru Mohd Faizal Bin Bidin iştirak ediblər.
PTU Malayziyanın neft və qaz sahəsində transmilli korporasiyası olan PETRONAS şirkətinə məxsus özəl tədqiqat universitetidir. 2023-cü ildə universitet “Times Higher Education World University Rankings”ə görə Malayziyanın ən yaxşı universiteti kimi qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 May 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















