BANM tələbələri “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunublar
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 30 yanvar, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) "Cücələrim" startapı II yerə layiq görülüb və “Bilişim Vadisi”nin xüsusi mükafatı ilə təltif olunub.
Mükafatlandırma mərasimi “ASAN xidmət”in "Demo Day" tədbirində keçirilib. 12 ali təhsil müəssisəsi və 2 mindən çox tələbənin iştirak etdiyi layihədə BANM-in startapı ən yaxşı layihə seçilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, layihənin elmi rəhbəri Biznes kaferasının müdiri Altay İsmayılov, komanda üzvləri isə biznesin idarə edilməsi ixtisasının tələbələri Aydan Eyvazova, Fidan Ağakişiyeva və Nübar Həsənquliyeva, eləcə də kimya mühəndisliyi ixtisasının tələbəsi Kənan Məhərrəmlidir.
Tələbələr Türkiyənin “Bilişim Vadisi” ilə birgə həyata keçirilən 6 aylıq inkubasiya proqramında iştirak etmək imkanı qazanıblar.
"Cücələrim" erkən yaşda uşaqların nitq qabiliyyətlərinin inkişafını dəstəkləyən, dünyagörüşünü genişləndirən və milli dəyərləri aşılayan tətbiqdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 30 Yanvar 2025 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















