Icma.az
close
up
RU
Banqladeşdə seçkilərdən sonra baş verən toqquşmalarda 3 nəfər ölüb

Banqladeşdə seçkilərdən sonra baş verən toqquşmalarda 3 nəfər ölüb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Pekin, 14 fevral, AZƏRTAC

Banqladeşdə fevralın 12-də keçirilmiş parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra rəqib siyasi qruplar arasında toqquşmalarda 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

AZƏRTAC Banqladeş mediasına istinadla xəbər verir ki, fevralın 14-də səhər erkən saatlarında Çapaynavabqanc rayonunda kənd evində kustar üsulla bomba hazırlanarkən partlayış baş verib. Partlayışın evin kərpic divarlarının çökməsinə və dəmir damının uçmasına səbəb olub. Dağıntı altından 2 nəfərin meyiti çıxarılıb, 3 yaralı xəstəxanaya yerləşdirilib.

Paytaxt Dəkkədən 30 kilometr məsafədə yerləşən Munşiqanc rayonunda baş verən toqquşmada gənc oğlan aldığı zərbələrdən dünyasını dəyişib.

Qeyd edək ki, fevralın 12-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə Banqladeş Milliyyətçi Partiyası (BNP) parlamentdə 209 yer qazanıb. İndiyədək 297 dairə üzrə sayılan səslərin nəticələrinə görə BNP-nin əsas rəqibi olan “Camaat-e-İslam” Partiyası 68 yer qazanıb. Parlamentdə üstünlüyü təmin etmək üçün siyasi partiyalara 300 yerdən ən azı 151-ni qazanmaq lazımdır. Bu hədəfə nail olan BNP 20 illik fasilədən sonra hakimiyyətə qayıdıb. Parlament seçkisi ilə yanaşı, Konstitusiya islahatları ilə bağlı referendum da keçirilib və seçicilərin 68 faizi islahatlara müsbət yanaşıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Fevral 2026 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri