Icma.az
close
up
RU
Banu obrazı bütün qadınların iç səsidir Evimdəki düşmən in gənc rejissoru

Banu obrazı bütün qadınların iç səsidir Evimdəki düşmən in gənc rejissoru

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan kinematoqrafiyası son illərdə istedadlı gənclərin sayəsində yenilənir və özünəməxsus sima qazanır. Bu gənclər arasında rejissor, ssenarist və animasiyaçı Ruslan İbrahimli özünü həm yerli, həm də beynəlxalq səviyyədə tanıdaraq, kino sənətinə fərqli nəfəs gətirib.

Ruslan İbrahimli türk dünyasının ən prestijli tədbirlərindən sayılan Turan Film Festivalında “Genç yetenek” (Gənc İstedad) Kızıl Elma mükafatına layiq görülüb. Bu mükafat onun yaradıcılıq potensialının yalnız Azərbaycanla məhdudlaşmadığını, türk dünyasında da dəyər qazandığını göstərir.

Bununla yanaşı, ABŞ-nin Florida ştatında keçirilən “Only The Best Film Awards” (OTB) festivalında iki ayrı kateqoriyada – “Ən yaxşı rejissor” və “Ən yaxşı orijinal hekayə” nominasiyasında xüsusi qalib kimi seçilməsi, Ruslan İbrahimlinin beynəlxalq arenada da uğurla təmsil olunduğunu təsdiqləyir. Rejissorun ən yeni işi sosial mövzuları aktuallaşdıran və qadınların hüquqları, süni intellektin cəmiyyətdə yaratdığı çağırışları ekranlara gətirən “Evimdəki düşmən” serialı olub.

Gənc rejissorun bu barədə Metbuat.az-a olan müsahibəsini təqdim edirik:

- Ruslan bəy, son ekran işinizin ideyası necə yarandı? Mövzu seçimində hansı real hadisələr və ya şəxsi təcrübələr təsir göstərdi?


- Filmin ideyası illər öncə baş vermiş real bir hadisəyə əsaslanır. Hadisənin baş verdiyi kəndi və şəxslərin adlarını etik səbəblərlə açıqlamaq istəmirəm. Bu hekayəni mənə həmin kənddən olan bir nəfər danışdı və o an düşündüm ki, bu mövzu film üçün möhtəşəm bir material ola bilər. Hekayənin dramatizmi və verdiyi mesaj məni dərindən təsirləndirdi. Elə oradaca ssenari üzərində düşünməyə başladım. Daha sonra bu hekayəni müasir dövrün reallıqlarına uyğunlaşdırdım. İndi süni intellektin inkişafı ilə foto və video manipulyasiyaları daha asan və daha təhlükəli hala gəlib. Məhrəm şəkillər üzərindən edilən təzyiqlər, qadınların şantaja məruz qalması kimi mövzular artıq cəmiyyətin reallığıdır. Məncə, həmin hadisə bu gün baş versəydi, o zamankı "Coşqun" (filmdə adlar dəyişdirilib) bu cür vasitələrdən istifadə edərdi.
Bu səbəbdən də, “Evimdəki düşmən” həm qadın hüquqları, həm də süni intellektin istismar edilə biləcək qaranlıq tərəflərinə toxunan çağdaş və aktual bir ekran işidir.

- Obrazların xarakterlərini formalaşdırarkən hansı psixoloji və sosial detallara diqqət yetirdiniz?

- Obrazların yaradılması prosesi mənim üçün xüsusilə çətin idi. Niyə? Çünki bir kişi olaraq bir qadının hiss dünyasını, onun yaşadığı təzyiqləri və emosional sarsıntıları izləyiciyə düzgün şəkildə çatdırmaq məsuliyyətli və incə bir işdir – istər rejissor, istərsə də ssenarist kimi.
Bunun üçün ilk növbədə uzun illər ərzində həm sosial mediada, həm də gündəlik həyatımda qadınların yaşadıqları problemləri müşahidə etmişəm. Mənə təsir edən o qədər real həyat nümunələri var ki, artıq bu müşahidələr daxilimdə narahatlıq doğururdu. Və qərara gəldim ki, bu narahatlıqları obrazlar vasitəsilə üzə çıxarmaq lazımdır.
Banu obrazı əslində cəmiyyətimizdə öz şərəfini qorumağa çalışan, məhrəm sərhədlərinə hörmət tələb edən qadınların simvoludur. Mən onu kəlağayı ilə təsvir etdim – bu Azərbaycan mentalitetində qadının simvoludur və eyni zamanda müdafiə, hörmət, sükut və daxili gücün təcəssümüdür. Banu, istənilən kişi baxışına və ya müdaxiləsinə qarşı özünü müdafiəyə qalxan, güclü və prinsipial bir qadındır.
Digər tərəfdən, Coşqun obrazı isə əslində cəmiyyətimizdə tez-tez qarşılaşdığımız mənfi bir tipi təmsil edir. O, sevgini qarşılıqsız istək və ehtirasla qarışdıran, qadının razılığını gözləmədən öz istəklərini həyata keçirməyə çalışan bir insandır. Onunla bağlı ssenariyə süni intellektin sui-istifadəsi məsələsini də daxil etdim. Çünki bu gün texnologiyanın imkanlarından sui-istifadə edən “saxta həkimlər” və ya fırıldaqçılar cəmiyyətdə real təhlükəyə çevriliblər.
Bu obraz vasitəsilə həm qadınlara qarşı edilən zorakılığa qarşı bir mövqe ortaya qoymaq istədim, həm də cəmiyyətə mesaj vermək: Texnologiyanı – xüsusilə süni intellekti yaxşı məqsədlər üçün istifadə edin. Onun qaranlıq tərəfləri isə heç kəsə xoşbəxtlik gətirmir.

- Bildiyimiz qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi serialın ilk seriyasının ölkədə pulsuz yayımlanması ilə bağlı tapşırığı var. Bu, yaradıcı heyəti və layihənin gələcək planlarına necə təsir etdi?


- Təbii ki, Mədəniyyət Nazirliyinin “Evimdəki düşmən” serialının ilk seriyasının pulsuz yayımına icazə verməsi, bunun üçün bizə dəstəyi və onun ümumrespublika səviyyəsində nümayişinə şərait yaratması bizim üçün həm böyük sürpriz, həm də qürurverici bir hadisə oldu. Açığı, bu imtiyaz hər rejissora nəsib olmur. Azərbaycanda çox az sayda ekran işinə belə geniş yayım imkanı tanınır və bu, yaradıcı heyət üçün olduqca motivasiyaedici bir siqnaldır.
Bu xəbəri komandamla bölüşəndə hamı çox sevindi və sanki içimizdə yeni bir alov yandı. Həmin an qərara gəldik ki, ikinci seriya daha güclü olmalıdır: personajlar daha dərin, süjet daha zəngin və texniki baxımdan daha keyfiyyətli olmalı idi. Əslində, Nazirliyin bizə göstərdiyi bu etimad bizə daha da artığını etmək məsuliyyətini yüklədi.
Gələcək planlara gəldikdə isə... Onun təsirini əslində tamaşaçı münasibətindən görəcəyik. Hələ ki, tam proqnoz vermək çətindir. Amma bildiyim bir şey var: bu dəstək bizim üçün sadəcə yayım deyil, etimadın və inamın göstəricisidir. Bu inamı doğrultmaq üçün komandamızla əlimizdən gələni edəcəyik.

- Serialın xarici ölkələrdə yayım məsələsində hansı ölkələrlə danışıqlar aparılır və beynəlxalq tamaşaçı üçün hansı dəyişikliklər planlaşdırılır?

- Film çəkildikdən sonra Yaponiya tərəfdən maraqlı bir təklif gəldi. Orada qızıl fond kimi tanınan, beynəlxalq peşəkar rejissorların filmlərini arxiv kimi yerləşdirdiyi xüsusi bir platforma var. Bu, dünya kinosunun prestijli yerlərindən biridir və bizim də belə bir təklif almışıq.

- Kinoteatrlardakı yayımdan sonra film həmin Yaponiya platformasında da nümayiş olunacaq…

Beynəlxalq tamaşaçıya uyğunlaşmaq məqsədilə filmdə müəyyən dəyişikliklər nəzərdə tutulur. Məsələn, ilkin versiyada hadisələr süni intellekt texnologiyasının təsiri olmadan baş verirdi. Lakin beynəlxalq auditoriyanın daha yaxşı anlaması üçün süni intellektin yaratdığı problemlər, onun cəmiyyətə təsirləri əlavə olunub. Bu, həm Azərbaycan, həm də beynəlxalq izləyicilərin aktual mövzularına uyğunlaşdırma deməkdir.
İkinci seriyada isə hadisələr artıq 2030-cu ildə, yəni beş il sonrakı gələcəkdə baş verir və burada gələcəyi təsvir etmək məqsədilə daha çox yenilik və dəyişikliklər olacaq.

- Bəs serialın gələcək bölümləridə tamaşaçılar hansı gözlənilməz hadisələr və obraz inkişafları ilə qarşılaşa bilərlər?

- Bu çox yerində və vacib sualdır, amma onu da qeyd etmək istəyirəm ki, gələcək bölümlərlə bağlı heç bir “spoiler” verməyəcəm. Tamaşaçıların marağını qorumaq önəmlidir.
Amma açıq şəkildə deyə bilərəm ki, gələcəkdə izləyicilər qadın obrazlarının fərqli tərəflərini görəcəklər: bir qadının həm ana, həm də uşaq ola biləcəyini, yaşından asılı olmayaraq hər bir qadının valideyn sevgisinə və qayğısına nə qədər ehtiyacı olduğunu anlayacaqlar.
Eyni zamanda, bəzi personajların etdiyi qərarlardan peşmanlıq duyduqlarını və bunun insanlara ümidi itirməmək barədə güclü mesajlar verdiyini izləyəcəklər. Əgər birinci seriyada əsas mövzu sadiqlik idisə, ikinci seriyada tamaşaçıların qarşısına tamamilə fərqli, daha mürəkkəb və çoxşaxəli mövzular çıxacaq. Mən inanıram ki, ikinci seriya birincidən qat-qat üstün olacaq. Bundan başqa, birinci seriya mənim debüt işim olduğu üçün personaj sayı məhdud idi, təxminən üç nəfər. Lakin indiki mərhələdə artıq iyirmidən çox personaj var və onların hamısı Banunun həyatında mühüm rol oynayır. İzləyicilər ümid edirəm ki, bu zənginlik və dinamikliyi hiss edəcəklər.

Serialın baş rol ifaçısı Banizar Əskərova Metbuat.az-a müsahibəsində bildirdi ki, Banu obrazı onun ruhuna yaxın bir obraz idi.

- Banizar, sizinlə söhbət əsnasında Banu obrazı vasitəsilə qadınların yaşadığı çətinlikləri, mübarizəni çatdırmaq istədiyinizi bildirmişdiniz. Bu obraz sizin üçün nə ifadə edir və bu rol sizin üçün şəxsi olaraq nə deməkdir?

- Həmişə istəyirdim ki, bu həyata təkcə yaşamaq, yemək-içmək, kef çəkmək deyil. Məncə, hər birimizin müəyyən bir missiyası var. Mən də yaşadığım çətinlikləri rol aldığım filmlərdə, yaşanmış hekayələrdə əks etdirərək, başqa qadınlara motivasiya vermək, onların səsi olmaq istəyirəm. Bu film mənə imkan verdi ki, qadınların səsini eşidim və eşitdirim. Banu obrazı təkcə bir obraz deyil, eyni zamanda sevdiyi insana sadiq qalmaq üçün mübarizə aparan, namusunu qoruyan, amma buna baxmayaraq təhdid edilən bütün qadınların simvoludur. Təəssüf ki, təkcə Azərbaycanda deyil, Türkiyə və dünyanın digər yerlərində də qadın cinayətləri davam edir. Bəzən belə hadisələr olmaya bilərdi, əgər qadınlar qoruna bilsəydi. Mən hesab edirəm ki, bu film qadınlara, ümumilikdə cəmiyyətə güclü mesaj verir.

- Bildiyimiz qədər, filmin yaradıcı prosesində mahnı sözlərinin yazılmasından montaj işlərinə qədər çoxfunksiyalı şəkildə iştirak etdiniz. Həmçinin film xarici festivallarda uğurlar qazandı və Mədəniyyət Nazirliyindən böyük dəstək aldınız. Bu təcrübə və uğurlar sizin üçün necə bir motivasiya və mənəvi dəstək oldu?

- Bilirsiniz, mənə bu filmin əsas mövzusunun baş rolunda qadın həyatının olması çox maraqlı gəldi. Çünki mən özüm də bir qadın olaraq bu obrazı özümə çox yaxın hiss etdim. Mənə görə, bütün qadınlar bir az Banudur — onun kimi həyatın bütün çətinlikləri ilə mübarizə aparan, öz şərəfini qorumağa çalışan, güclü və incə varlıqlardır.

Xarici festivallarda filmin seçilməsi, iki həftə Londonda nümayiş olunması və Yaponiyanın prestijli “qızıl fond” platformasında yer alması kimi uğurlar mənim üçün gözlənilməz oldu. Üstəlik, Mədəniyyət Nazirliyinin də belə şərait yaratması gözləntilərimi tamamilə qarşıladı və üstələyərək mənə əlavə motivasiya verdi.

Bu layihə mənə həm də çox gözəl, mehriban bir komanda qazandırdı. Heyətimiz çox kiçik olsa da, sanki bir ailə kimi idik. Hər birimiz öz üzərimizə düşən işləri təkbaşına və böyük məsuliyyətlə yerinə yetirirdik. Mən özümdə mahnının sözlərini yazdım – “Yalan danışır” adlı mahnını. Paylaşdığımız zaman çox sayda insan bizdən soruşdu ki, bu mahnı YouTube-da varmı, çox sevdilər. Musiqini isə Ruslan İbrahimli bəstələdi. Montaj prosesində də iştirak etdim, Ruslan İbrahimli ilə birgə hər detalı diqqətlə işlədik. Ssenaridə bəzi əlavələr və dəyişikliklər etdik, bu prosesdə mən də rejissor köməkçisi kimi fəal rol oynadım. Bu film mənim üçün təkcə bir layihə deyil, həm də öz həyatımın, hisslərimin, qadınlıq gücümün ifadəsidir.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:14
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 08 Avqust 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see287

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see233

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see226

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see212

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see149

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see138

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see137

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see128

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see123

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see121

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see120

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see117

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see117

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see116

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see116

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see116

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see116

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see111

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see111

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri