Baqratyan: “Mehri təhvil verilib, artıq İranla sərhəddimiz yoxdur”
Icma.az bildirir, Hurriyyet portalına istinadən.
“Mehri təhvil verildi. Əgər əvvəllər dörd ölkə ilə sərhədimiz var idisə, indi faktiki olaraq üç ölkə ilə qalıb”.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq baş naziri Hrant Baqratyan deyib.
O bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın təsiri altında olan yoldur. “Əgər bu, Ermənistan hakimiyyətinin dediyi kimi, sadəcə bir yoldursa, niyə orada Azərbaycanın imzası var? Əgər Ermənistan ərazisidirsə, Azərbaycan niyə ora imza atıb? Dəhlizi veriblər, İranla sərhədi veriblər”.
Baqratyanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamaları ilə Ermənistanın işğalçı olduğunu bildirir. “Onun açıqlamaları Ermənistanın işğalçı olduğunu nümayiş etdirir. Bu adam başını itirib, nə dediyinin fərqində deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 25 Sentyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















