Icma.az
close
up
RU
Barbadoslu nazir: COP29 böyük maliyyə məqsədi daşıyır, bizim köməyə ehtiyacımız var AZƏRTAC

Barbadoslu nazir: COP29 böyük maliyyə məqsədi daşıyır, bizim köməyə ehtiyacımız var AZƏRTAC

Bakı, 21 noyabr, AZƏRTAC

Barbados inkişaf etməkdə olan kiçik ada dövlətidir. Bu tədbir bizim üçün böyük maliyyə məqsədi daşıyır. Bizim həqiqətən böyük köməyə ehtiyacımız var.

Bu sözləri AZƏRTAC-a açıqlamasında barbadoslu nazir Shantal Maxine Munro-Knight deyib.

“Biz COP29-un yaxşı nəticələr verməsini görmək istəyirik. İstəyirik ki, burada çıxış edən prezidentlər, dövlətlər, təşkilatlar məqsədə nail olmaq üçün öhdəlik götürsünlər və ona əməl etsinlər. Azərbaycan liderlik baxımından fantastik iş görür. Təkcə COP-u nəzərdə tutmuram. Təxminən bir həftə yarımdır ki, buradayam, ölkəni gəzirəm və mən Azərbaycanda nəqliyyat baxımından necə güclü infrastruktur yaradıldığının şahidi oldum”, - deyə barbadoslu nazir qeyd edib.

seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri