Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Barışığa Qarabağdan atılan güllələr niyə məhz indi?

Barışığa Qarabağdan atılan güllələr niyə məhz indi?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Xəbər verildiyi kimi, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü  Karen Albertoviç Avanesyan  “Kalaşnikov” avtomatı və 5 ədəd qumbara ilə Xankəndi şəhərində keçirilən tədbirə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. 

Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub. Əməliyyat zamanı üç polis əməkdaşı yaralanıb. 

Yayılan məlumatlardan belə aydın olur ki, Karen Avanesyan 1-ci Qarabağ müharibəsi dönəmində Azərbaycan Ordusuna qarşı döyüşüb. Hətta onun 21-22 yaşlarında olarkən Livanda gizli hərbi təlimlərə cəlb edilməsini təsdiqləyən videolar da yayılıb. Bəlli olur ki, onun hərbidə kod adı “tutuquşu Kakadu” olubmuş. 

Qeyd edək ki, bu, Qarabağda antiterror əməliyyatından sonra baş verən ilk belə insidentdir. Sual yaranır: bu avantüra Avanesyanın öz beyninin “məhsuludur”, yoxsa onu buna vadar edən(lər) var?


Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, insidentlə bağlı bir neçə ehtimal nəzərdən keçirilməlidir: “Məşhur bir misal var, deyirlər, divardan tüfəng asılıbsa, o, gec-tez atəş açacaq. Xankəndidə erməni  Karen Avanesyanın həyata keçirdiyi silahlı insidentin əsl səbəblərini istintaq üzə çıxaracaq. Amma Vaşinqton sammitində Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişindən sonra daha çox Azərbaycan ətrafında cərəyan edən təhlükəli hadisələrin təhlili göstərir ki, Xankəndidəki insident də sıradan bir erməninin törətdiyi cinayət deyil. 

İlk baxışda iki versiya irəli sürmək olar: birincisi, Karen Avanesyan bu işə təkbaşına qərar verib, ikincisi, o, xüsusi tapşırıq yerinə yetirib. Birinci versiyanı təsdiq edə biləcək ehtimallar az deyil. Hadisəni törədən Karen Qarabağ müharibəsinin iştirakçısı kimi, əksər ermənilər tək hər zaman antitürk təbliğatının təsiri altında olub və bu nifrətin içində 58 yaşına çatıb. Belə birinin Azərbaycanda qalmasının səbəbi yurd məhəbbəti deyil, nə vaxtsa qisas almaq olub. Əlbəttə, Avanesyan meşədə silah-sursatı dünən deyil, yəqin ki, 2 il əvvəl - ermənilər kütləvi şəkildə Qarabağı tərk edəndə və yaxud Rusiya qoşunları Qarabağdan gedən ərəfədə gizlədib. O məqsədlə ki, nə vaxtsa bizlərə qarşı istifadə edəcək. Açığı, hesab edirəm ki, bu versiyanın həqiqət payı azdır. 

Karenin bu məqsədə təkbaşına qərar verməsi inandırıcı deyil. Hesab edirəm ki, Avanesyan Qarabağda qalmaqla konkret tapşırıq yerinə yetirib. Bu tapşırığı kim verə bilər? Ehtimal edirəm ki, bu tapşırıq separatçı rejimin qondarma xüsusi xidmət orqanının və ya daşnakların tapşırığından daha çox, Rusiya hərbiçilərini daim müşayət edən Baş Kəşfiyyat İdarəsinin (QRU) xəttidir. Bunu istintaq aşkara çıxaracaq. Amma geosiyasi proseslərin indiki situasiyasında bu hadisə Rusiya xüsusi xidmət orqanlarının üslubuna daha yaxındır. Yatmış agent prinsipi var. Agent səbrlə gözləyir, düymə basılanda fəaliyyətə keçir. Karen Avanesyanın agent olması və onun tapşırıqla Xankəndidə qalması, silah gizlətməsi daha ağlabatan versiyadır. Xankəndidə tədbir ərəfəsi bu hadisənin törədilməsi də təsadüfi sayıla bilməz.

Son günlər Rusiya təbliğat maşını anti-Azərbaycan təbliğatında fərqli bir xətt yeritməyə başlayıb. Azərbaycanın iqtisadi cəhətdən tezliklə iflas səviyyəsinə çatacağı, Azərbaycanda işsizliyin getdikcə çoxaldığı və əhali arasında, xüsusilə gənclər içərisində guya narazılıqların artması barədə Rusiya geniş təbliğat kampaniyasına start verib. Rusiyada yaşayan həmvətənlərimizdən də istifadə edərək, onların dilindən rəsmi Bakıya etiraz səsləndirirlər. Azərbaycanın müstəqil siyasət yürütməsini, eyni zamanda Paşinyan hakimiyyətinin də Moskvanın çətiri altından çıxıb müstəqil və qərbyönümlü siyasət aparmasını Kreml qəbul etmədiyindən təzyiqlər artırılır. Son vaxtlar isə guya qarabağlıların doğma yurdlarına qayıtmaq istəmədiyi təbliğatının yer alması və Ermənistan mətbuatında da məhz ermənilərin Qarabağa qayıdacağına işarələr vurulmasını da təsadüfi saymaq olmaz.  

Əsas məsələ odur ki, Qarabağda qalmağa qərar verən Karen yaşda istənilən erməni divardan asılan tüfəngdir. Ola bilsin, qoca, şikəst, təkbaşına yaşayan bir ermənidən belə bir cinayət gözlənilməsin. Amma unutmayaq ki, qucaq açdığımız erməninin arxa planda hər zaman qisas almaq istəyi var. Ehtiyatlı olmalıyıq".


“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Karen Avanesyanın törətdiyi hərəkətlərində bir neçə cinayətin əlamətləri var: “Karen Avanesyanın polis əməkdaşına qarşı atəş açması, əl qumbarası atması və silahları qanunsuz saxlama faktları Azərbaycan Cinayət Məcəlləsinin 120, 228 və 318-ci maddələri üzrə qiymətləndiriləcək. Amma bu, yalnız başlanğıcdır. Əgər istintaq aşkar edərsə ki, onun məqsədi ictimai gərginliyi artırmaq, barışıq prosesini pozmaq olubsa, bu, artıq terrorçu niyyətlə törədilmiş qəsdən ağır zərər kimi qiymətləndiriləcək. Belə hərəkətlərə görə 15 ildən ömürlük həbsə qədər cəza verilə bilər.

Polis əməkdaşının yaralanması faktı isə məhkəmədə sanksiyaların maksimum sərt tətbiqi üçün əsas olacaq. Hüquq-mühafizə orqanları bu işdə heç bir güzəştə getməyəcək, çünki postmünaqişə bölgələrində hər bir silahlı avantüra həm hüquqi, həm də siyasi nəticələr doğurur. Polis əməkdaşına atəş açmaq və əl qumbarası atmaq açıq-aşkar cinayətdir. “Kalaşnikov” və qumbaraların gizli saxlanması da ayrıca cinayət təşkil edir. Əgər polis əməkdaşı yaralanıbsa, bu fakt daha ciddi cəza tətbiqinə yol açır".

Natiq Ələsgərov deyib ki, Azərbaycan qanunvericiliyində belə hallarda uzun müddətli həbs cəzası nəzərdə tutulur, xüsusilə terrorçu məqsəd və ya ictimai təhlükə yaradan əməliyyat olaraq gerçəkləşdirilməsi faktı ortadır. Məhkəmə terror məqsədli hücumun olduğunu təsbit etsə, bu, ömürlük və ya 15-20 ilədək həbs cəzasına səbəb ola bilər. 

Natiq Ələsgərov Karen Avanesyanın niyə nəzarətdə saxlanılmaması ilə bağlı suala belə cavab verib: “Qarabağ bölgəsində postmüharibə dönəmində təhlükəsizlik tədbirləri intensiv olsa da, fərdi silahlı insidentlərin qarşısını 100 faiz almaq çətindir. Bununla belə, Karen Avanesyanın hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilməsi işğaldan azad edilən ərazilərə nəzarətin olduğunu göstərir. Azərbaycan polisi və hüquq-mühafizə orqanlarının sayıqlığı nəticəsində Karen Avanesyan çoxsaylı silah-sursata baxmayaraq, planını həyata keçirə bilməyib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Sentyabr 2025 08:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri