Icma.az
close
up
RU
Barışıq üçün yeni mərhələ: “Sülh körpüsü” gözləntiləri doğruldacaqmı?

Barışıq üçün yeni mərhələ: “Sülh körpüsü” gözləntiləri doğruldacaqmı?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Müharibədən çıxmış ölkələr arasında “sülh körpüsü” adlanan mexanizmdən tez-tez istifadə olunur. Hazırda bu yanaşmanı Azərbaycan–Ermənistan münasibətlərində də müşahidə edirik və artıq bir neçə mərhələdə görüşlər keçirilib. Lakin rəsmi razılaşmalarla yanaşı, cəmiyyətlərin və xalqların barışması da mühüm əhəmiyyət daşıyır. Əgər ictimai barışıq formalaşmasa, dövlətlərin imzaladığı sənədlərin ömrü uzun olmaya bilər. Buna görə rəsmi danışıqlarla paralel olaraq vətəndaş cəmiyyəti səviyyəsində də sülh körpüsü prosesinə start verilib".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O, bildirib ki, "sülh körpüsü" layihəsinin çox böyük nəticə verəcəyini gözləmək doğru olmaz:
"Adından da göründüyü kimi, bu yalnız iki xalq arasında əlaqə yaratmaq məqsədi daşıyan bir vasitədir. Əsas həlledici proses isə dövlət rəsmiləri və beynəlxalq vasitəçilər səviyyəsində aparılan rəsmi danışıqlardır. Real və davamlı sülh məhz həmin platformada imzalana biləcək sazişlə mümkündür".
Ekspert bildirib ki, "sülh körpüsü"nün uğuru bir neçə şərtdən asılıdır:
"Birincisi, hər iki tərəfin sülhə həqiqi sadiqliyi vacibdir. Ermənistan son proseslərdən sonra sülhə maraq göstərməyə başlayıb, Azərbaycan isə əvvəldən sülh tərəfdarıdır. İkinci mühüm şərt rəsmi müstəvidə əldə olunmuş nailiyyətlərdir. Hazırda bu sahədə ən böyük irəliləyiş sülh sazişinin paraflanmasıdır. Onun imzalanması üçün müəyyən vaxt tələb olunsa da, görülən addımlar ümumi prosesin davam etdiyini göstərir".
Onun sözlərinə görə, sülh körpüsünün daha ciddi nəticələr verməsi sülh sazişinin imzalanması mərhələsinə yaxın dövrdə mümkün ola bilər:
"Ermənistan Konstitusiya ilə bağlı öhdəliklər də daxil olmaqla bütün şərtləri qəbul edərsə, sazişin imzalanması real görünəcək. Hazırkı mərhələdə isə "sülh körpüsü" layihəsinə davam edən, lakin həlledici nəticələri hələlik gözlənilməyən bir proses kimi yanaşmaq lazımdır. Buna baxmayaraq, bu platformada aparılan dialoqlar xüsusilə Ermənistanda həm hakimiyyətin, həm də cəmiyyətin sülh mövqeyinə təsir göstərə bilər".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Noyabr 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri