Icma.az
close
up
RU
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 18 sentyabr, AZƏRTAC

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Rusiyanın ölkəsini və Avropanın bir sıra digər ölkələrini hədəf alan fəaliyyətlərinin son dövrdə artdığını bildirib. Bununla belə, o, Fransanın Rusiya ilə müharibə vəziyyətində olmadığını vurğulayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Barro LCI telekanalına müsahibəsində deyib.

O diqqətə çatdırıb ki, Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır, bu ölkənin hərbi xərcləri son 10 ildə iki dəfə artırılıb.

Fransalı nazir son illərdə Rusiyaya aid edilən dezinformasiya kampaniyaları və kiberhücum cəhdlərindən də danışıb. O, həmçinin 2024-cü ildə baş vermiş yanğın törətmək cəhdini xatırladaraq, Fransanın digər Avropa ölkələri ilə müqayisədə bu cür fəaliyyətlərdən, bəlkə də, bir qədər az təsirləndiyini qeyd edib.

Barro Avropada son vaxtlar baş verən bir sıra insidentləri də sadalayıb. Bunların arasında Danimarka sahillərində Rusiya freqatından helikopter istiqamətində işıqlandırıcı raketlərin atılması, Litvada dronun zərərsizləşdirilməsi və Almaniyada hava bazasının yaxınlığında dronun düşməsi yer alıb. Nazir NATO-nun bu hadisələrə operativ reaksiya verdiyini xatırladıb.

“ Moskva bununla siqnal verir, sınaqdan keçirir və güc nümayiş etdirir. Avropa ölkələri isə təhlükəsizlik tədbirlərini davam etdirirlər. Bu proses təxminən 5 il əvvəl başlayıb və hazırda sürətlənib”, - deyə o diqqətə çatdırıb.

Bununla yanaşı, nazir Fransanın Ukraynaya dəstək, Rusiyaya təzyiq və sülhə hazırlıq strategiyasını davam etdirəcəyini vurğulayıb.

Kan şəhərində qatarın relsdən çıxması hadisəsində Rusiyanın mümkün iştirakı barədə sualı cavablandıran Barro istintaqın nəticələrini gözləməyə çağırıb, qorxu və təhdidlərin təsiri altına düşməməyin vacibliyini qeyd edib.

Fransanın nüvə çəkindirmə siyasətinin Avropa ölçüsünün gücləndirilməsi təşəbbüsünə də toxunan nazir Finlandiyanın bu təşəbbüsə qoşulduğunu və iştirakçı ölkələrin sayının 10-a çatdığını bildirib. Bununla belə, Barro Fransanın nüvə çəkindirməsinin yalnız Fransanın məsuliyyətində qaldığını deyib.

“Nüvə silahından istifadə barədə qərar müstəsna olaraq dövlət başçısına aiddir”, – deyə o qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri