“Barselona” Balde ilə bağlı qərarını verdi
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın "Barselona" klubu müdafiəçi Aleksandro Balde ilə yollarını ayırmaq variantını nəzərdən keçirir.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunu qış transfer dövründə icarəyə göndərməkdənsə, birdəfəlik satmağa üstünlük verir.
Klub rəhbərliyi yanvar ayında müdafiənin mərkəzini yeni oyunçu ilə gücləndirməyi qarşısına məqsəd qoyub. Bu transfer üçün tələb olunan maliyyə vəsaitinin Baldenin satışından əldə edilməsi planlaşdırılır.
23 yaşlı ispaniyalı futbolçuya Portuqaliyanın "Benfika" və İngiltərənin "Mançester Yunayted" klublarının maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, Aleksandro Balde cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla cəmi 4 oyunda meydana çıxıb və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. "Transfermarkt" portalı müdafiəçinin bazar dəyərini 40 milyon avro olaraq qiymətləndirir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 02 Noyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















