Barselona nın futbolçuları kumirlərini açıqlayıblar yalnız biri Messini seçib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın mövsümöncəsi Asiya turu davam edir: komanda Yaponiya və Cənubi Koreyada yoxlama oyunları keçirib.
İdman.biz xəbər verir ki, təkcə oyunlarla kifayətlənməyən kataloniyalılar media öhdəliklərini də yerinə yetirirlər – müsahibələr verir, reklam kampaniyalarında iştirak edir və klubun yerli azarkeşləri ilə görüşürlər.
Cənubi Koreyada keçirilən belə görüşlərdən birinə Frenki de Yonq, Aleks Balde, Qavi və yeni transfer Markus Reşford qatılıb. Onlardan ilk olaraq futbolda kumirlərinin kim olduğu soruşulub.
Reşford: "Ueyn Runi".
Qavi: "İsko".
Balde: "Samuel Eto′O".
De Yonq: "Messi".
Növbəti sual: hansı futbolçu ilə oynamaq istərdiniz?
De Yonq: "Yohan Kroyff".
Balde: "Messi".
Qavi: "İsko".
Reşford: "Pele".
Zalın reaksiyasına əsasən, Qavinin cavabı bir qədər təəccüblü olub. Lakin məlumatlı azarkeşlər bilirlər ki, Pablo Qavi İskoya böyük rəğbət bəsləyir – yayda milli komandanın oyunundan sonra Qavi İsko ilə şəklini paylaşmış və onu "kumir" adlandırmışdı.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 02 Avqust 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















