“Barselona” “Real”ı darmadağın edib yarımfinala çıxdı
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qadınlar arasında Çempionlar Liqasının dörddəbir finalının "Barselona" və "Real Madrid" komandaları arasında keçirilən ikinci oyun başa çatıb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, matç Barselonadakı "Spotify Camp Nou" stadionunda baş tutub. Kataloniya komandası oyunu 6:0 hesabı ilə qazanıb.
"Barselona"nın yarımmüdafiəçisi Aleksia Putellas səkkizinci dəqiqədə hesabı açıb. 15-ci dəqiqədə hücumçu Karolin Qrem Hansen "blauqrana"nın üstünlüyünü artırıb. 27-ci dəqiqədə İren Paredes hesabı 3:0 edib. 34-cü dəqiqədə hücumçu Eva Payor Kataloniya komandasının dördüncü qolunu vurub. İkinci hissənin 55-ci dəqiqəsində Karolin Qrem Hansen dubl edib. 74-cü dəqiqədə Esme Bruqts hesabı 6:0 edib.
"Barselona" ilk oyunda 6:2 hesabı ilə qalib gəlib.
Beləliklə, "Barselona" Çempionlar Liqasının yarımfinalına çıxıb və orada "Bavariya" ilə qarşılaşacaq.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 03 Aprel 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















