“Barselona” stadionda qorxuducu atmosfer yaratmaq üzərində çalışır
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Barselona” klubu gələn martın 3-də “Atletiko”ya qarşı keçiriləcək İspaniya kubokunun yarımfinalının cavab oyunu üçün “Kamp Nou” stadionunda güclü və qorxuducu atmosfer yaratmaq üzərində çalışır.
"Ölkə.az" xəbər veirr ki, bu plan stadionun tutumunu 62 min nəfərə çatdırmaq üçün tələb olunan 1C lisenziyasının hələ də alınmamasına baxmayaraq hazırlanır.
“Mundo Deportivo”nun məlumatına görə, klub Kataloniya polisi – “Mossos d’Esquadra” ilə fəal danışıqlar aparır. Məqsəd fəaliyyətinə qadağa qoyulmuş “Grada d’Animació” azarkeş qrupunun təxminən 500 üzvünü gələcək “Gol 1957” tribunası arxasında yerləşdirilən müvəqqəti fan sektorunda toplamaqdır.
Bu təşəbbüs ənənəvi fan tribunasının yaratdığı vizual və səs effektini bərpa etməyə yönəlib. Azarkeşlərin mahnılar oxuması və komandaya enerji verməsi, ilk oyunda Madrid stadionunda alınan 0:4 hesablı məğlubiyyətdən sonra geri dönüş üçün motivasiya yaratmaq məqsədi daşıyır.
“Gol Nord” tribunası hələ də Barselona şəhər şurasından 1C icazəsini gözlədiyi üçün klub “Atletiko” ilə oyun üçün həmin 500 azarkeşin xüsusi zonada yerləşdirilməsi üçün əlavə icazə istəyib.
Bu azarkeşlər əvvəllər fəaliyyət göstərmiş “Almogàvers”, “Nostra Ensenya”, “Front 532” və “Supporters Barça” qruplarının üzvləridir. Bu qruplar cərimələr səbəbilə bağlandıqdan sonra klub rəhbərliyi ilə bir neçə həftədir danışıqlar aparırlar.
“Barselona” rəhbərliyi oyuna az vaxt qalmasına baxmayaraq “Mossos d’Esquadra”dan tezliklə müsbət cavab alacaqlarına inanır. Klub hesab edir ki, stadion tam dolmasa belə, bu xüsusi fan qrupu komandaya güclü dəstək verərək Atletico üzərində psixoloji təzyiq yarada bilər.(publika.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 01 Mart 2026 19:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















