Barselona yenilənmiş Kamp Nou ilk oyununu bu kluba qarşı oynayacaq
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Barselona" klubu əsaslı yenidənqurmadan sonra nəhayət ki, doğma "Kamp Nou"ya qayıtmağa yaxındır.
İdman.biz xəbər verir ki, yenilənmiş stadionda ilk oyun sentyabrın 28-nə planlaşdırılan “Real Sosyedad”la duel ola bilər.
Klub bu oyunu modernləşdirilmiş arenada debüt üçün mümkün variant kimi nəzərdən keçirir. Qarşılaşma Çempionlar Liqasında "PSJ"yə qarşı "Kamp Nou"da keçirilə biləcək mühüm qarşılaşmadan əvvəl bir növ əsas məşq olacaq.
"Barselona" rəhbərliyi mühəndis və texniki mütəxəssislərlə birlikdə "Real Sosyedad"la görüşü stadionun bütün sistemlərini və onun ən yüksək səviyyəli matçları keçirməyə hazırlığını yoxlamaq üçün istifadə etməyi planlaşdırır.
Xatırladaq ki, "Kamp Nou" bir ildən çox əvvəl yenidənqurma üçün bağlanıb və "Olympik Lyuís Kompanis" stadionu "Barselona"nın müvəqqəti ev meydançasına çevrilib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 10 Sentyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















