Barselonanın futbolçusu Messinin Çempionlar Liqasındakı nailiyyətini təkrarlayıb
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın "Barselona" klubunun futbolçusu Ferran Torres UEFA Çempionlar Liqasında (ÇL) Lionel Messinin nailiyyətini təkrarlayıb.
"Report"un məlumatına görə, 24 yaşlı vinger buna Almaniyada Dortmund "Borussiya"sına qalib gəldikləri görüşdə (3:2) dubl etməklə nail olub.
O, Kataloniya təmsilçisinin tarixində ÇL-də sonradan oyuna girərək iki qol vuran dördüncü oyunçudur. 71-ci dəqiqədə Robert Levandovskini əvəzləyən F.Torres 75 və 85-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, daha əvvəl "Barselona"da 2008-ci ildə Lionel Messi ("Şaxtyor"la matçda), 2012-ci ildə Kristian Telyo ("Bayer 04"lə oyunda), 2015-ci ildə isə İvan Rakitiç (BATE ilə görüşdə) bunu bacarıb.

Messinin Çempionlar Liqasındakı nailiyyətini təkrarladı
12 Dekabr 2024 09:56
“Araz Naxçıvan” Çempionlar Liqasındakı TƏQVİMİ
09 Sentyabr 2025 16:30
Çempionlar Liqasındakı çxışımızla fəxr edə bilərik
13 Mart 2025 14:33
Neftçinin UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib
24 İyun 2025 14:16
Çempionlar Liqasındakı qələbəyə görə yüksək mükafat
03 Oktyabr 2025 12:37

