“Barselona”nın futbolçusu meydanı qan içində tərk etdi VİDEO
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“Barselona”nın mərkəz müdafiəçisi Pau Kubarsi Çempionlar Liqasında “Srvena Zvezda” (5:2) ilə oyunda zədələnib.
17 yaşlı futbolçunun üzünə rəqibi Uros Spajiçlə top uğrunda mübarizə zamanı təpiklə zərbə dəyib və Pau oyuna davam edə bilməyib. 67-ci dəqiqədə baş məşqçi Hans-Diter Flik onu Dominqeslə əvəzləmək məcburiyyətində qalıb.
Flik matçdan sonra mətbuat konfransında “Kubarsi yaxşıdır, ona tikişlər vurulub”, - deyib.
Məlumata görə, futbolçunun üzünə 10 tikiş atılıb.
Qeyd edək ki, bu mövsüm Kubarsi bütün turnirlərdə 16 oyun keçirib və bir məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının məlumatına görə, ispaniyalının transfer dəyəri 40 milyon avrodur.
Pau Kubarsinin zədələndiyi anı təqdim edirik:
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 07 Noyabr 2024 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















