Icma.az
close
up
RU
Baş ağrılarından dərmansız qurtulun TƏBİİ ÜSULLAR

Baş ağrılarından dərmansız qurtulun TƏBİİ ÜSULLAR

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Baş ağrısı hamımızın tez-tez rastlaşdığı sağlamlıq problemlərindən biridir. Əksəriyyətimiz baş ağrısının keçməsi üçün dərmandan istifadə edirik.

Lakin bu xoşagəlməz haldan təbii yollarla da xilas olmaq mümkündür.

E-tibb.az baş ağrılarından qurtulmağın təbii üsullarını sadalayır.  

- Baş ağrılarının müəyyən səbəblərindən biri stressdir. Stressdən əzələlər sərtləşir və baş-boyun ağrısıyla başlayıb, baş ağrısına çevrilə bilər. Boynunuzu və çiyninizi hərəkət etdirərək, kiçik məşqlər edin.

- Stressə bağlı baş ağrıları zamanı yastığınıza bir neçə damcı lavanda yağı damcıladın, sonra yatın. Lavandanın quru yarpaqları və çiçəklərindən torbalar hazırlayıb, alnınıza qoya bilər və ya lavanda vannası qəbul edərək baş ağrısını yüngülləşdirə bilərsiniz. 2-3 stəkan qaynar suya bir neçə damcı lavanda yağı tökün və buxarı nəfəsinizə çəkin. Alnınızı bir müddət həmin buxara verə bilərsiniz.

- Başınız ağrıdıqda barmağınızla basaraq, ağrının qarşısını ala biləcəyiniz nöqtələr var. Bu nöqtə baş barmağınız və işarə barmağınızın arasında qalan oynaq nöqtələridir. Həmin nöqtəni dairəvi hərəkətlərlə yüngülcə sıxın.

- Miqren qaynaqlı baş ağrısı zamanı işığa həssaslıq artır. Buna görə də qaranlıq otaqda istirahət edə bilərsiniz. Bundan başqa 2 damcı nanəcövhər yağını 1 çay qaşığı hindqozu yağı ilə qarışdırın və alnınıza, boynunuzun arxasına, çiyinlərinizə masaj edərək sürtün.

- İsti duş boşalma hissi yaradır. Duşa girə bilmirsinizsə, ayaqlarınızı isti su dolu vannaya qaba qoya bilərsiniz.

- Limon aromaterapiyası bir çox xüsusiyyətləri sayəsində baş ağrısına yaxşı təsir edir. Bir parça limonu əlinizdə əzib məcun halına gətirin, üzünüzə və alnınıza sürtün.

- Yuxusuzluğa qarşı da istifadə edə biləcəyiniz pişikotunun rahatlaşdırıcı təsiri var. Eyni zamanda, miqrenə də yaxşı təsir edir.

- Menstruasiyadan əvvəl təzyiqdən qaynaqlanan və əsəbdən yaranan baş ağrılarının müalicəsində mina çiçəyindən istifadə olunur. Çox az miqdarda təzə mina çiçəyini çaya əlavə edərək içə bilərsiniz.

- Zəncəfil soyuqdəymə, viruslar və sinus infeksiyalarına bağlı olan baş ağrılarından xilas olmağa kömək edir. Təzə zəncəfili əzib, qaynar suya atın və çayını için. Buxarını da içinizə çəkə bilərsiniz.

- 2 stəkan qaynar suya 1 çay qaşığı əzilmiş keşniş toxumu əlavə edin. 10 dəqiqə dəmləyin və için.

- Səbəbi nə olursa-olsun, adaçayı baş ağrısını rahatladır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri