Baş direktor: Çin və ABŞın NDCləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 21 noyabr, AZƏRTAC
Gəncləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) cəlb etmək olduqca zəruridir. Çünkü onlar böyük potensiala malikdirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Care about Climate” təşkilatının baş direktoru Heyli Kembel “Uşaqların və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb edilməsi: İrəliləyişlər və nailiyyətlər üzrə inventarlaşdırma” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, gender bərabərliyi və gənclərin cəlb edilməsi məsələləri ilə məşğul olan ölkələr Paris Sazişinə uyğun olaraq karbon emissiyaların azadılması istiqamətində daha çox səylər göstərirlər: “Bundan əlavə hesabatımızda göstərilir ki, bəzi ölkələrin, o cümlədən Çin və ABŞ-ın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 21 Noyabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















