Icma.az
close
up
RU
Baş direktor: Qahirədəki İslam İncəsənəti Muzeyi Azərbaycan muzeyləri ilə əməkdaşlıqda maraqlıdır

Baş direktor: Qahirədəki İslam İncəsənəti Muzeyi Azərbaycan muzeyləri ilə əməkdaşlıqda maraqlıdır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misirin paytaxtı Qahirə şəhərindəki İslam İncəsənəti Muzeyində Əməvilər, Abbasilər, Fatimilər xilafəti, Məmlüklər, Osmanlı imperiyası, Səfəvilər, Qacarlar və Məhəmməd Əli sülalələri dövrlərinə aid nadir eksponatlar saxlanılır. Muzeydə Qacar xanədanını qurmuş Ağa Məhəmməd Şah Qacarın dövrünə aid artifaktlar da var. Muzeydə bütün ərəb və İslam ölkələrindən gətirilmiş nadir eksponatların arasında VIII əsrə aid müqəddəs Quran nüsxəsi, Məhəmməd Əlinin hökmranlığı illərində hazırlanmış və üzərində gümüş naxışlar olan taxta qapı, qızıl sikkələr də var. Muzeyin əsası 1880-ci ildə Osmanlı canişini İsmayıl Paşa tərəfindən qoyulub.

Muzeyin baş direktoru Dr. Əhməd Siyam AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, rəhbərlik etdiyi muzeydə unikal eksponatlar nümayiş olunur. O bildirib ki, İslam İncəsənəti Muzeyi dünyada bu sahədə ən böyük muzeylərdəndir.

“Muzeyin 25 zalında 100 mindən çox qiymətli artefakt vardır. Misirə aid artifaktlar ilkin İslam dövründən başlayaraq Məhəmməd Əli sülaləsinin illərinə qədər tarixi əhatə edir. Eləcə də, İslam dünyasının müxtəlif yerlərindən əldə edilmiş tibb, astronomiya, digər elm sahələrinə aid eksponatlar, məişət və toxuculuq alətləri, xalçaçılıq nümunələri, qablar, zinət əşyaları və s. nümayiş olunur. Eksponatlarımızdan olan qəbir başdaşlarının ən qədimi hicri 30-cu ilə aiddir”, - deyə Əhməd Siyab bildirib.

Müsahib əlavə edib ki, 2014-cü ildə muzeydə baş vermiş partlayış nəticəsində zərər görmüş eksponatlar bərpa olunub və yeni zal ziyarətçilər üçün açılıb. Silah və sikkə zalında 2500 artifakt sərgilənir. Ən qədim sikkə Əməvi xəlifəsi Əbdülməlik bin Mərvanın adına zərb edilib.

Muzeyin direktoru Azərbaycandakı muzeylərlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını da diqqətə çatdırıb: “Azərbaycan səfiri ilə görüşümüzdə mədəniyyət və elmi mövzularda, eləcə də müştərək sərgi təşkili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Ümid edirik ki, Azərbaycan ilə əməkdaşlıq qurulacaq. Azərbaycan xalqını muzeyimizdəki İslam incəsənəti nümunələri ilə tanış etmək istəyirik.

Dr. Əhməd Siyam əlavə edib ki, muzeydə nümayiş olunan artifaktlarla İslamın tolerantlıq dini olduğunu dünyaya bir daha çatdırmaq istəyir.

“Muzeyimizdə üzərində xristianlığa aid rəsmlər olan eksponat vardır. Həmçinin Nəfisə xanım məscidinin qapısı muzeyimizdə nümayiş olunur. Qapını yəhudi usta düzəldib və bu, artifaktın üzərində qeyd olunub. Bütün bunlar ona dəlildir ki, İslam dini tolerantlıq dinidir”, - deyə müsahib vurğulayıb.

Söhbət əsnasında bu yaxınlarda Bakıda konfransda iştirak etdiyini bildirən baş direktor səfərdən xoş təəssüratlarla qayıtdığını dilə gətirib: “Gözəl şəhərinizdə özümü qərib hiss etmədim. Xalqlarımız arasında oxşar cəhətlər çoxdur”.

“Azərbaycan və Misir COP tədbirlərinə ev sahibliyi etmiş ölkələrdir. İqlim dəyişikliyi muzeylərin fəaliyyətinə necə təsir edir?” sualına cavabında Dr. Əhməd Siyam qeyd edib ki, iqlim dəyişikliyi dünyanın üzləşdiyi problemlərdəndir, ölkələrin bu məsələyə diqqət ayırması təqdirəlayiqdir. O əlavə edib ki, muzeylərdəki eksponatların saxlanması üçün temperaturun və rütubətliliyin tənzimlənməsi lazımdır: “Dünya üzrə temperaturun artması, istiləşmə eksponatların saxlanmasına mənfi təsir göstərir. Bu sahədə müasir həllər tətbiq edilməyə başlanıb”.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Fevral 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri