Icma.az
close
up
RU
Mətbuat Xidməti Sosial Media Xidmətinə çevrilir 2 MÖVQE

Mətbuat Xidməti Sosial Media Xidmətinə çevrilir 2 MÖVQE

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər rəqəmsal dövrün tələbləri dəyişdiyindən, informasiya mübadiləsi yalnız ənənəvi mediaya deyil, sosial platformalara da geniş şəkildə yayılıb. Bu reallıq qurumların ictimaiyyətlə əlaqə strategiyalarında yeni yanaşmaların zəruriliyini gündəmə gətirir. 

Ekspertlərin fikrincə, məhz buna görə də, Mətbuat Xidmətinin adının “Mətbuat və Sosial Media Xidməti” kimi adlandırılması həm funksional uyğunluq, eləcə də müasir kommunikasiya trendlərinə inteqrasiya baxımından doğru ola bilər. 

Məsələ ilə bağlı Modern.az-a danışan media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, dövlət qurumlarında, iri və özəl təşkilatlarda ictimaiyyətlə əlaqələr strukturunun necə adlandırılmasının əslində böyük önəmi yoxdur.

“Daha geniş anlayış olan “ictimaiyyətlə əlaqələr” mövcud olur və mətbuat xidməti onun tərkibində fəaliyyət göstərir. Başqa bir qurumda isə yalnız mətbuat xidməti ayrıca struktur kimi çıxış edə bilər. Lakin bu qurumların yaradılmasının əsas mahiyyəti dəyişmir, yəni hər bir təşkilatın və ya dövlət müəssisəsinin fəaliyyəti barədə cəmiyyətə doğru, dəqiq və dürüst informasiya təqdim etməkdir. Bəs bu, həmişə təmin olunurmu? Təəssüf ki, hər zaman deyil. Bununla belə, bir çox nazirliklərin, idarə və təşkilatların mətbuat xidmətləri normal fəaliyyət göstərir, standartlara uyğun şəkildə çalışır, qurumun fəaliyyəti barədə vaxtında və dolğun məlumatlar paylaşırlar. Sorğuları operativ cavablandıraraq media və ictimaiyyətin rəğbətini qazanırlar”. 

Q.Məhərrəmli onu da əlavə edib ki, elə mətbuat xidmətləri də mövcuddur ki, onların fəaliyyəti yalnız həmin qurumu medianın nəzarətindən kənarda saxlamağa xidmət edir:

“Məqsəd media ilə əlaqəni minimuma endirmək, qurumun fəaliyyəti barədə məlumatların toplanmasına mane olmaqdır. Halbuki bizim üçün əsas olan hər bir dövlət qurumunun fəaliyyəti ilə bağlı informasiyanın açıq, aydın və anlaşıqlı şəkildə cəmiyyətə təqdim edilməsidir. 

Bu səbəbdən hazırda Azərbaycanda bir çox müəssisə və təşkilatların regional strukturlarına təcrübəli jurnalistlər mətbuat xidmətinə dəvət olunur. Onlar qurumun fəaliyyətini obyektiv şəkildə işıqlandırır, medianı düzgün məlumatlandırırlar”. 

Professor həmçinin qeyd edib ki, bəzi təşkilatlar mətbuat xidmətini əsas fəaliyyətlərindən ayıraraq onu ayrı bir subyekt kimi kənarda saxlayır və yalnız qurumu mediadan “qorumaq” funksiyası yükləyirlər: “Nəticədə yazılı sorğular cavabsız qalır, cəmiyyət operativ məlumatlarla təmin edilmir, qurumun fəaliyyəti barədə yalnız müsbət tonlu, PR xarakterli məlumatlar yayılır. Bu isə mətbuat xidmətinin mahiyyətinə və ictimaiyyətlə əlaqələr fəlsəfəsinə qətiyyən uyğun deyil”. 

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da bildirib ki, dövlət qurumlarında illərdir fəaliyyət göstərən Mətbuat Xidməti ənənəvi media ilə əlaqələrin qurulmasına, rəsmi məlumatların mətbuata ötürülməsinə və informasiyanın koordinasiyasına cavabdeh əsas struktur kimi çıxış edir.

“Lakin müasir informasiya mühiti göstərir ki, artıq ictimaiyyətlə əlaqə fəaliyyəti yalnız televiziya, qəzet və xəbər portalları ilə məhdudlaşmır. Sosial media platformaları da informasiya dövriyyəsinin, ictimai rəyin və kommunikasiya proseslərinin əsas mərkəzinə çevrilib. Bu reallıq Mətbuat Xidmətinin funksional çərçivəsinin genişləndiyini və rəqəmsal kommunikasiya ilə bağlı yeni vəzifələrin meydana çıxdığını göstərir”. 

Müsahibimiz vurğulayıb ki, sosial media ənənəvi mətbuatdan fərqli olaraq daha operativ, interaktiv və ikitərəfli kommunikasiya tələb edir:

“Bu sahədə fəaliyyət göstərmək üçün xüsusi bacarıqlar, analitika, vizual kontent istehsalı, reputasiya idarəçiliyi və real vaxtda cavab verilməsi kimi yeni yanaşmalar zərurətə çevrilib. Lakin sosial media yardımçı və günümüzün tələblərindən irəli gələn olduqca ciddi vasitədir. Bu mənada sosial medianın xidmətin adına verilməsi də doğru hesab edilməz. Əslində ənənəvi “mətbuat xidməti”nin , “ictimaiyyətlə əlaqələr və media kommunikasiya” ilə əvəz edilməsi daha münasib ola bilər ki, dünya praktikasında da bu belə qəbul edilib. Xidmət adının belə dəyişdirilməsi həm funksional genişlənməni, həm də yeni kommunikasiya reallıqlarını daha düzgün şəkildə əks etdirə bilər”. 

V.Zifəroğlu həmçinin beynəlxalq təcrübəyə istinadən əlavə edib ki, bir çox ölkələrdə dövlət qurumlarının kommunikasiya şöbələri artıq “Press and Digital Media”, “Communications and Digital Outreach”, “Media and Public Information Office” kimi daha geniş çərçivəli adlarla fəaliyyət göstərir. Onun sözlərinə görə, bu, ictimaiyyətlə əlaqənin yalnız mətbuatla məhdudlaşmadığını, rəqəmsal mühitin əsas kommunikasiya kanallarına çevrildiyini təsdiqləyir:

“Eyni zamanda sosial medianın dezinformasiya mühitinin əsas məkanı olduğu nəzərə alınsa, dövlət qurumlarının bu sahədə sistemli şəkildə fəaliyyət göstərməsi, rəqəmsal informasiya mühitini izləməsi, operativ izahatlar verməsi və ictimaiyyəti maarifləndirməsi strateji əhəmiyyət daşıyır. Bu baxımdan ad dəyişikliyi strukturun missiyasını genişləndirdiyini və onun funksional prioritetlərini daha aydın şəkildə cəmiyyətə təqdim etdiyini göstərər”,- deyə o fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Dekabr 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri