Icma.az
close
up
RU
Menu

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

Qəhvə iç və daha uzun yaşa...

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

Taciri toyda zəhərlədilər

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

Naxçıvanla maneəsiz nəqliyyat regionun bütün ölkələri üçün faydalı olacaq Türkiyə Milli Təhlükəsizlik Şurası

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

Baş direktor: Respublika Narkoloji Mərkəzinə hər gün 12 yə yaxın vətəndaş müraciət edir MÜSAHİBƏ

Baş direktor: Respublika Narkoloji Mərkəzinə hər gün 12 yə yaxın vətəndaş müraciət edir MÜSAHİBƏ

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 oktyabr Günel Türksoy, AZƏRTAC

Respublika Narkoloji Mərkəzinin baş direktoru, psixiatr narkoloq Fəzayıl Sadıqov AZƏRTAC-a müsahibə verib. O, sözügedən mərkəzdə müalicə prosesi, narkotik və alkoqol istifadəçilərinin sayı, özəl reablitasiya mərkəzlərinin fəaliyyəti və digər məsələlərlə bağlı sualları cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Fəzayıl müəllim, əvvəlcə istərdik ki, Respublika Narkoloji Mərkəzinə müraciət forması barədə məlumat verəsiniz...

- 18 yaşı tamam olan hər bir insan mərkəzə müraciət edə bilər. Burada müalicə könüllüdür, məcburi deyil. Xəstə müalicə olunmaq üçün sənədləri imzalayır. Müəyyən müddətdən sonra həkimin təkidlərinə, tövsiyələrinə baxmayaraq, xəstə mərkəzdən çıxmaq üçün israr edirsə, onu burada zorla saxlamaq olmaz. İstisnalar məhkəmə hökmü ilə məcburi müalicə təyin olunanlara aiddir. Məcburi müalicə minimum 6 aydır. Respublika Narkoloji Mərkəzinin 4 rayonlararası dispanser mərkəzi var. Bunlar Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəranda yerləşir. Bu dispanserlərin hər biri 8-10 rayonun əhalisinə xidmət göstərir. Dispanserlər olmayan rayonlarda isə poliklinikalarda narkoloji kabinetlər var. Vətəndaşlar yaşadıqları ərazi üzrə müraciət etməlidirlər. Amma Respublika Narkoloji Mərkəzinə bütün rayonlardan vətəndaşlar şəxsiyyət vəsiqəsi və göndərişlə müraciət edə bilərlər.

Nazirlər Kabinetinin qərarına əsasən, narkotik istifadəçiləri 5 ildən sonra qeydiyyatdan çıxarıla bilərlər. Hər gün bizim mərkəzə 12-yə yaxın vətəndaş müraciət edir. Bunların hamısı xəstə deyillər. Ekspertiza məqsədilə, hərbi xidmətə yararlılılıqla bağlı müraciət edənlər də var. Amma gələnlərin əksəriyyəti xroniki xəstələrdir ki, hansı ki burada dəfələrlə müalicə alıblar.

Bizim mərkəzdə dövri olaraq işçilər xəstələrlə təmasda olurlar. Onlarla psixoterapevtik üsullarla müalicə prosesi aparılır, həmçinin idman, məşğuliyyət, qrup söhbətləri olur. Bunlar çox əhəmiyyətlidir, bu da insanlara müsbət təsir edir və məmnunluğu artırır. Psixoloqlar da şöbələrdə xəstələrlə təmasda olurlar, bəzən də fərdi söhbətlər aparırlar. Psixososial metodlar kritik dövrdən sonra başlayır. Azərbaycanda narkologiya sahəsində səhiyyə çox əlçatandır.

- Bəs, Respublika Narkoloji Mərkəzində qeydiyyatda olan və qeydiyyatdan çıxan xəstələrin sayı haqqında nə deyə bilərsiniz...

- 2024-cü ildə Respublika Narkoloji Mərkəzində 4 min 967 nəfər narkotik istifadəçisi qeydiyyata düşüb Onlardan 4 min 752-si kişi, 215-i isə qadındır. İl ərzində 1136 nəfər narkotik istifadəçisi qeydiyyatdan çıxarılıb. 2024-cü il ərzində 590 nəfər alkoqolik qeydiyyata düşüb. Onlardan 577-si qadın, 13-ü isə qadındır. İl ərzində 607 nəfər alkoqol istifadəçisi qeydiyyatdan çıxıb. Toksikomaniyadan əziyyət çəkən 1091 nəfər qeydiyyata düşüb. Onlardan 992-si kişi, 99-u isə qadındır. İl ərzində 96 nəfər isə qeydiyyatdan çıxarılıb. Ümumi olaraq, Respublika Narkoloji Mərkəzində 40 min 490 narkotik istifadəçisi qeydiyyatdadır. Onlardan 39 min 485-i kişi, 1005-i isə qadındır. Həmçinin Respublika Narkoloji Mərkəzində 9 min 578 alkoqol istifadəçisi qeydiyyatdadır. Onlardan 9 min 436-sı kişi, 142-si qadındır. Eyni zamanda, toksikomaniyadan əziyyət çəkən 2 min 492 nəfər qeydiyyatdadır. Onlardan 2 min 312-si kişi, 180-i qadındır. Əslində, rəqəmlər heç vaxt cəmiyyətdəki reallığı əks etdirmir. Tibbi nöqteyi-nəzərdən siqarət istifadəçisi də qeydiyyata düşə bilər. Qeydiyyat vətəndaş könüllü şəkildə müraciət etdikdə olur. İkincisi, kimsə qanun pozuntusuna yol verib, adı hüquq sisteminə düşürsə, o insan ekspertiza olunur. Bu zaman aşkar edilir ki, həmin vətəndaş narkotik istifadəçisidir. Üçüncüsü isə, insan hər hansı tibb mərkəzində müalicə alır və müayinə zamanı məlum olur ki, narkotik istifadəçisidir. Belə hallarda qeydiyyat prosesi həyata keçirilir. Amma cəmiyyətdə nə qədər narkotik istifadəçisi olduğunu dəqiq bilmək mümkün deyil. İnsanlar var ki, ömür boyu narkotik istifadə edir, amma heç vaxt qeydiyyata düşmürlər. Bizdə profilaktik olaraq qeydiyyata düşənlər də var. Bu insanlar xəstə deyillər. Sadəcə onlar narkotik mühitindədirlər və təsadüfən bir dəfə narkotik qəbul ediblər.

- Bu cür xəstələrin sağalma müddəti nə qədərdir, məsələn, heroin qəbul edən xəstə ümumiyyətlə sağala bilərmi?

- Bu 1 ay da çəkə bilər, 2 il də. Bir misalla izah edim ki, bizim uşaqlara yarpağın hansı rəngdə olması ilə bağlı sual verəndə, hamısı deyir ki, yaşıl. Yaponiyalı uşaqlara eyni sualı verəndə isə qarşlıqlı olaraq soruşurlar ki, hansı fəsildə? Heroin istifadəçisi bu maddəni 2 aydır, yoxsa 2 ildir qəbul edir? Təəssüflər olsun ki, 2 ay heroin qəbul edənlər, ümumiyyətlə, həkimə müraciət etmirlər. Fikirləşir ki, niyə etsin? Ondan həzz alır və həyatını yaşayır. Getdikcə vəziyyəti ağırlaşır, pul qurtarır, narkotik əldə edə bilmir. Çünki bu sahədə Daxili İşlər Nazirliyi mübarizəni gücləndirib, narkotik əldə etmək çətinləşir. Bu zaman müalicə olunmaq istəyir. Bir müddətdən sonra işə düzəlir. Sonradan gedir yenə narkotik istifadə etməyə başlayır. Bu, çox ciddi patologiyadır. Adi siqareti belə, insanlar tərgidə bilmirlər. Tibbin vəzifəsi odur ki, həmin xəstələrin vəziyyəti stabilləşsin, sağlamlıq keyfiyyətləri yüksəldilsin. Elə xəstələr var ki, narkotik istifadə edib, amma 2 il ara verib. Praktiki olaraq sağaldığını deyir. Narkotik maddələrdən asılılıq digərlərinə nisbətən daha güclüdür, çünki daha kəskin təsir edir. Bizim məqsədimiz remissiyanın vaxtını uzatmaq, keyfiyyətini isə yüksəltməkdir. Xəstələrlə işləyən ambulator reablitasiya şöbəmiz var. Orada da psixoloqlar çalışırlar. Alınan müalicə nəticəyə kifayət qədər müsbət təsir edir. Xəstələr, həmçinin buradan çıxandan sonra yaşadıqları yer üzrə Narkoloji mərkəzlərdə nəzarət altında olmalıdırlar. Təəssüflər olsun ki, xəstələr buradan çıxandan sonra yaşadıqları yer üzrə müraciət etmirlər. Yalnız ağırlaşma hallarında bizə müraciət edirlər. Hər xəstə müalicə aldıqdan sonra normallaşır. Məsələn, alkoqolizm xəstələrində elə insanlar var ki, 10-20 il alkoqol istifadə etsə də, onlarda xəstəlik formalaşmır. Bu məsələdə fərdi xüsusiyyətlərin və sosial faktorların da önəmi var. İnsanın hansı mühitdə yaşaması da onun xəstəliyinə təsir edir.

- Bu sahədə müalicə metodları nədən ibarətdir?

- Burada söhbət zərərin azaldılmasından gedir. Məqsəd odur ki, zərər azaldılsın. Yəni insan narkotik istifadəçisidir, ancaq ailəyə, cəmiyyətə zərər vurur, oğurluq edir, qanunları pozur, cəmiyyətdə problemlər yaradır, nəticədə ailələr dağılır. Bunun alternativi odur ki, şəxs tibbin nəzarətindədir, xəstəni dərmanlarla sabit saxlayırlar. Narkotik istifadəçisi kimi hər gün dərman içməyə məcburdur.

- Yeri gəlmişkən, bir məsələyə də aydınlıq gətirməyinizi istərdik. Bildiyiniz kimi, son dövrlərdə narkomaniyadan əziyyət çəkənlər üçün özəl reablitasiya mərkəzləri yaradılıb. Ancaq bu reablitasiya mərkəzlərinin fəaliyyəti ictimaiyyət arasında birmənalı qarşılanmır. Belə ki, bəzən bu xəstəlikdən əziyyət çəkənlərin şəxsi məlumatları, fotoları və videoları çəkilərək sosial şəbəkələrdə paylaşılır. Sizin həmin mərkəzlərin fəaliyyətinə münasibətiniz necədir?

- Əgər bu xəstəlikdən əziyyət çəkənlər ora gedirlərsə, deməli, təlabat var. Cəmiyyətdə təlabat yarandığı üçün onların da sayı artır. Ancaq reablitasiya mərkəzlərinin fəaliyyəti qanunlarla tənzimlənməlidir. Onların fəaliyyətində böyük qüsurlar, çatışmazlıqlar var. Mən tutaq ki, narkomanam, pulum da var, həmin müəssisəyə gedirəm və deyirəm ki, reablitasiya olunmaq istəyirəm. Kimdir onları müayinə edən? Heç kim. Həmin müəssisələrdə tibbə aid olmayan şəxslər fəaliyyət göstərirlər. Deyirlər ki, Amerika Birləmiş Ştatlarında tətbiq edilmiş “12 addım” proqramından istifadə edirlər. Biz Amerika təcrübəsini götürürük, amma mühitlərimiz başqadır. Bir narkoman gəldi reablitasiya mərkəzinə və birinci sutkada onda abstinensiya, yəni “lomka”lar başladı. Sual edirəm, bu zaman həmin mərkəzlərin əməkdaşları xəstəyə nə edirlər? Mənim sualım kifayət qədər bəsitdir. Bilirsiniz, nə edirlər? Birinin başını soyuq suya salırlar, o birinin əlini-ayağını bağlayırlar. Bunlar orta əsrlərdə tətbiq edilən metodlardır. Reablitasya mərkəzinə gedən xəstə həkim müayinəsindən keçməlidir. Oraya gedən xəstənin abstinensiyası olmamalıdır. Ən azı insan 25 gün narkotik istifadə etməməlidir, kritik vəziyyətdən çıxmalıdır. Bu zaman reablitasiyanın zərəri olmur. Çünki xəstələr var ki, illərlə cəmiyyətdə yaşaya bilmirlər. Cəmiyyətə düşən kimi peredoza gedir. Ona görə də bağlı yerdə yaşamaq istəyirlər. Reklam edirlər ki, xəstə gəldi, 6 aydan sonra sağaldı. Necə olur? O zaman Maradona birinci sağalardı, başqa məşhur müğənnilər də sağalardı. Bu metodları onlara da öyrədin, o zaman. Gəlin, Ümumdünya Səhiyyə Təşkilatına müraciət edək ki, biz Bakıda yeni metodlar tapmışıq, siz də istifadə edin. Düzünü danışmaq lazımdır, tibbdə heç nəyə zəmanət yoxdur. Adi əməliyyatda belə ağırlaşmalar ola bilər. Ən pisi də odur ki, insanlara yalançı ümid verdikdən sonra daha da ümidsizliyə düçar olurlar. Ancaq istənilən halda orada qaldıqları müddətdə xəstələr narkotikdən istifadə etmirlərsə, bu müsbət haldır.

- Sizin bu mərkəzlərin fəaliyyətinin tənzimlənməsi üçün hansı təklifləriniz var?

- Birincisi, həmin mərkəzlərin lisenziyası olmalıdır. Narkotik istifadəçisi deyə bilər ki, sağalıb. Reablitasiya mərkəzinin özü narkomaniyadan əziyyət çəkənlər üçün narkotik qəbul etmək üçün münbit bir yerdir. Çünki dövlət müəssisəsi olmadığı üçün oraya nəzarət yoxdur. İkincisi, xəstələrin qəbul qaydası aydın şəkildə həyata keçirilməlidir. Kimsə gəlib, birbaşa deyə bilər ki, reablitasiya olunmaq istəyir, orada isə tibb mütəxəssisləri yoxdur. Bəlkə, həmin insan vərəm, HİV daşıyıcısıdır? Respublika Narkoloji Mərkəzinə müraciət edən hər xəstə ilkin müayinədən keçir. Xəstə rentgen edilir və məlum olur ki, açıq formada vərəmdir. Həmin xəstəni mərkəzə qəbul etmirik. Tibbi müayinə mütləq olmalıdır. Üçüncü təklifim odur ki, oraya gedən xəstələr göndərişlə getsinlər. Onların hamısında tibbi müayinələr üçün şərait yoxdur. Olmayacaq da. Çünki olarsa, bu özəl tibbi reablitasiya şəklində fəaliyyət göstərməlidir. Özəl tibb müəssisələri var və orada müayinələr üçün hər şərait mövcuddur. Reablitasiya mərkəzlərində dərmandan istifadə minimuma enir, çünki orada çalışanlar həkim deyillər. Eşitdiklərimə görə, həmin mərkəzlərdə reablitasiya keçən xəstələrə qeyri-rəsmi şəkildə dərman da verirlər. Həmin dərmanları “qara bazar”dan əldə edirlər. Bunların hamısı qadağandır. Biz bir xəstəyə dərman yazmaq üçün elektron resept vasitəsilə xeyli prosedurlardan keçirik.

- Bəs, həmin müəssisələrdə reabilitasiya keçib, daha sonra Respublika Narkoloji Mərkəzinə müaciət edənlər varmı?

- Bəli, belə çox sayda müraciət edən olub. Kimsə 6 ay orada qalıb və narkotik istifadə etməyib. Ancaq oradan çıxandan sonra 5 gün də dözən olub, dözməyən də. İndi mən bilmirəm, özəl reablitasiya mərkəzlərində bunların statistikası aparılırmı? Anonimlik məsələsi də nəzərə alınmalıdır. Qanunda var ki, insan kimliyini açıqlamadan da müalicə oluna bilər. Bizim müəssisəyə gələnlər deyirlər ki, reablitasiyada da olublar. Mən özəl reablitasiya mərkəzlərinin rolunu nə kiçiltmək, nə də şişirtmək istəmirəm. Sadəcə istəyirəm ki, vətəndaşlarımıza doğru şəkildə, elmi əsaslarla məlumat çatdırılsın.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see248

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see157

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see135

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see132

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see128

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see127

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see126

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see126

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see125

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see124

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see124

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see122

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see121

Uşaqlarda xərçəngin müalicəsində süni intellektdən istifadə olunacaq

01 Oktyabr 2025 02:54see119

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see119

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see118

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see118

Naxçıvanla maneəsiz nəqliyyat regionun bütün ölkələri üçün faydalı olacaq Türkiyə Milli Təhlükəsizlik Şurası

30 Sentyabr 2025 22:37see118

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see117

Qalatasaray Liverpul a qalib gəldi ÇL də nəticələr

01 Oktyabr 2025 01:04see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri