Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə dumanlı hava ilə bağlı xəbərdarlıq edib
Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sinoptiklərin də bildirdiyi kimi, hazırda dumanlı hava şəraiti ilə əlaqədar bir sıra magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşıb.
Doğru.az Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava ilə bağlı xəbərdarlığını təqdim edir.
“Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır və bu da ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə, o cümlədən zəncirvari toqquşmalara zəmin yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda əhalinin bayram tətilindən daimi yaşayış yerlərinə qayıtmaları səbəbindən yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir”.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Mart 2025 13:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















