Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib
Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı, yağışlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
BDYPİ-dən bildiriblər ki, hazırda ölkə ərazisində müşahidə olunan yağışlı, dumanlı hava yollarda qəza riskini artırır: “Belə hava şəraiti görünüş məsafəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da sürücülərin digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır, sürüşmə ehtimalını çoxaldır”.
İdarə hərəkət iştirakçılarından əlverişsiz hava şəraitində, xüsusilə gecə və səhər saatlarında daha da diqqətli olmağı, sürücülərdən sürət həddini, ara məsafəsini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, piyadalardan isə mümkün təhlükələri nəzərə alaraq, daha məsuliyyətli və ehtiyatlı olmağı xahiş edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 02 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















