Icma.az
close
up
RU
“Baş həkim deyirdi, bəzi şəxsləri müayinə etmədən əlillik sənədlərini imzalayırdım”

“Baş həkim deyirdi, bəzi şəxsləri müayinə etmədən əlillik sənədlərini imzalayırdım”

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Dövlətə 1,6 milyon manat dəyərində zərər vurmaqda təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hakim heyətində dəyişiklik olduğu üçün məhkəmə istintaqı yenilənib.
Daha sonra şahidlər dindirilib. Şahid Günay Ağakişiyeva bildirib ki, Biləsuvar rayonunda keçmiş məcburi köçkünlər üçün salınan şəhərcikdə yaşayır. Həyat yoldaşı Mobil İbrahimov təqsirləndirilən şəxslə ona əlillik düzəltməklə bağlı razılaşıblar:
"Yoldaşım bir gün dedi ki, mənim adıma əlillik pensiyası yazılıb və onu istifadə edir. Mənim xəstəliyim olmayıb, müayinədən də keçməmişəm. Məbləğin nə qədər olduğunu və neçə müddət pensiya aldığımı bilmirəm".
Təqsirləndirilən şəxs etiraz edərək şahidi tanımadığını deyib.
Mobil İbrahimov isə bildirib ki, yoldaşının adına alınan pulu geri qaytarıb.
Şahid Vüsalə Sadıqova bildirib ki, Laçın rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı kimi çalışıb:
"2017-2018-ci illərdə xəstəxanın məlumatlarını bazaya mən daxil edirdim. Biz komissiyadan keçəndən sonra xəstələrin kartlarını alıb sistemə vururduq. Bunu bizə ya həkimlər, ya da digəriləri tapşırırdı. Mənim əsas işim həkim rəyini sistemə yerləşdirmək olub. Məndən öncə bu vəzifədə Dəniz Əsədova çalışıb".
Şahid Azər Bəhlulov deyib ki, maddi vəziyyəti yaxşı olmadığı üçün tanışı ona pensiya yazdırıb:
"Tanışım İlqar mənə dedi ki, sənə pensiya yazdıracam. Sonra mənə kart verdi. Dedi ki, buradan pensiya alarsız. İmkan olandan sonra 3000 manat verərsiz. Öyrəndim ki, tanışım pulu mənim yerimə ödəyib. Sonra mən ona 3 min manatı ödədim. Pensiya yoldaşımın adına olub. Heç neçənci qrup əlillik yazıldığını da bilməmişəm. 5 il müddətində pensiya almışıq. Məbləği imkan olmadığı üçün geri qaytarmamışıq".
Şahid Elnarə Salahova isə bildirib ki, 31 saylı Birləşmiş şəhər Xəstəxanasında nevroloq kimi çalışıb, komissiya üzvü olub:
"Əlillik müayinə əsasında yazılırdı. Əvvəllər əlilliklə bağlı kartları yalnız sədr imzalayırdı. Elektron imza isə operatorlarda olurdu. Bəzi şəxsləri müayinə etmədən əlillik sənədlərini imzalamışam. Çünki baş həkim elə deyirdi. Onları müayinə etməyə ehtiyac olmadığını bildirirdi".
Proses yanvarın 7-də davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən Rauf İsfəndiyarov 2023-cü ildə Bakı şəhər Sabunçu rayon 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
İttihama görə, o, Laçın rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyul ayından başlayaraq 2017-ci ilin may ayınadək olan müddətə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 min 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.
Bundan başqa, Rauf İsfəndiyarov Bakıdakı 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib.
İstintaqla müəyyən edilib, eyni zamanda, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək 136 adda şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1 milyon 600 manat məbləğində pul vəsaiti mənimsəyib. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törədib, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərinin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.
Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.
Cinayət işi üzrə zərərçəkmiş kimi müğənni Dəniz Əsədova, Dövlət Sosial Müdafiə Fondu və Səhiyyə Nazirliyi tanınıb.
Təqsirləndirilən şəxsin dövlətə vurduğu zərər 1 milyon 646 min manatdan çoxdur.
Cinayət işi ilə bağlı 2023-cü ildə həbs edilən R. İsfəndiyarov sonradan ev dustaqlığına buraxılsa da, yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə zalında həbs olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri