Icma.az
close
up
RU
Baş həkim məhkəmədə iş adamına uduzdu 62 min manat QALMAQALI FOTO

Baş həkim məhkəmədə iş adamına uduzdu 62 min manat QALMAQALI FOTO

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Happy Smile”​ Diş Klinikasının rəhbəri Natəvan Qurbanovadan aldığı tibbi ləvazimatlar üçün 62 min manatı ödəməyən şirkət rəhbəri Cənnət Məhərrəmov məhkəmədə qalib gəlib.
Bizim.Media qafqazinfo.az-a 33 yaşlı Cənnət sərbəst mühakimə olunub. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İstintaq materiallarında deyilir ki, müttəhim Məhərrəmov 10 ilə yaxındır Sumqayıt şəhərində stomatoloji avadanlıqların alqı-satqısı ilə məşğuldur. “Happy Smile”ın rəhbəri və baş həkimi Natəvanla tanışlığı da işlə bağlı yaranıb. Ona tibbi xalatlar satıb.
Bu işdə isə müştəri Cənnət, satıcı Natəvan həkimdir. Qarşılıqlı müqaviləyə əsasən, Cənnət “Happy Smile” klinikasından nisyə 69 min 500 manatlıq tibbi ləvazimat və digər avadanlıqlar götürüb. Bir müddət sonra borcun 7 min 500 manatını ödəyib, qalan məbləği ödəməkdən imtina edib.
Pul üstündə başlayan mübahisə tərəfləri məhkəməyə kimi gətirib çıxarıb. Klinika rəhbəri Cənnətin hərəkətini dələduzluq kimi qəbul etsə də, digər detallar ortaya çıxıb. Müdafiə tərəfinin təqdim etdiyi dəlil və sübutlardan, təqsirləndirilən şəxsin ifadələrindən görünür ki, məsələ başqa cürdür.
Cənnət ifadəsində deyib ki, borcunun hamısını ödəməməsinə səbəb aldığı tibbi ləvazimatların bir neçəsinin nasaz vəziyyətdə olduğunu müəyyən etməsi olub. Amma bu barədə ona alqı-satqı vaxtı məlumat verilməyib. Ondan tələb olunan məbləğin bir hissəsini də məhz ləvazimatların təmirinə xərcləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, klinika rəhbəri ilə mübahisəsi də ondan nazas avadanlıqların təmirinə verdiyi pulu ümumi borcdan çıxılmasını istədiyinə görə başlayıb.
Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə tərkibi iş üzrə bütün halları hərtərəfli araşdırdıqdan, tərəfləri və şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini qanunsuz hesab edib. Hakimlər belə qənaətə gəliblər ki, təqsirləndirilən şəxsin xanım zərərçəkmişi aldatmaq niyyəti olmayıb, sonradan aralarında yaranmış anlaşılmazlığa görə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Xüsusi vurğulanıb ki, bu mübahisə mülki qaydada həll edilməli işdir və istintaq orqanı əvvəldən cinayət işi başlanmasından imtina etməli idi.
Hökmə əsasən, Cənnət Məhərrəmova əməlində cinayət tərkibi olmadığından bəraət verilib.


Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Noyabr 2024 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri