Baş katib: Basketbol millimiz Bakıda yeni tarix yazmaq üçün əlindən gələni edəcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 8 may, AZƏRTAC
Ümid edirəm ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində uğurla çıxış edəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov 3x3 üzrə qadınlardan ibarət yığmamızın Bakıda təşkil olunacaq dünya çempionatının seçmə mərhələsindəki şansları barədə danışarkən deyib.
O, yığmanın öz qrupunun favoriti olduğunu bildirib: “Biz özümüzü zəif hesab etmirik. Hətta Latviya və Misirdən güclüyük. Çətin və maraqlı oyunlar bizi gözləyir. İnanıram ki, qızlar yeni tarix yazmaq üçün əllərindən gələni edəcəklər. Yığmanın baş məşqçisi Raşa Deliç mayın 12-də Bakıya gələcək. Bundan sonra təlim-məşq toplanışına start veriləcək. Oyunçuların hazırkı durumu yaxşı səviyyədədir. Brianna Frezer “Neftçi”nin heyətində Dünya Qadın Seriyasında iştirak edib. İlk dəfə olaraq millidə yer alacaq. Onlara inanırıq. Hədəfimiz mundiala vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, Azərbaycan millisi mayın 24-də saat 10:15-də Misir, ertəsi gün saat 12:05-də isə Latviya ilə üz-üzə gələcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 08 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















