Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Baş katib: Zəngəzur dəhlizinin inkişafı İspaniya biznesi üçün mühüm imkanlar açır MÜSAHİBƏ

Baş katib: Zəngəzur dəhlizinin inkişafı İspaniya biznesi üçün mühüm imkanlar açır MÜSAHİBƏ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 1 may, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC ispaniyalı ekspert, Panavropa İttifaqının baş katibi Karlos Uriarte Sançeslə müsahibəni təqdim edir.

- İspaniya şirkətləri üçün Cənub Qaz Dəhlizi və Qafqaz üzərindən keçən beynəlxalq enerji marşrutları ilə əlaqəli layihələrdə hansı perspektivlər mövcuddur?

- İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Cənub Qaz Dəhlizi üzrə Məsləhətçi Şura yaradılıb. Cənub Qaz Dəhlizi Avropada ən iri layihədir: bu layihə yeddi ölkəni əhatə edir və 3,500 kilometr məsafəyə yayılır. Layihənin tərkibinə Cənub Qafqaz Boru Kəməri (SCP), Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) daxildir ki, bunlar Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu kontekstdə, “Enagás” şirkəti Trans-Adriatik Boru Kəmərinin səhmdarıdır və bir sıra digər beynəlxalq tərəfdaşlarla birlikdə layihəni həyata keçirir.

Bundan əlavə, “Enagás” şirkəti ötən ilin noyabr ayında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirak edib.

- Azərbaycan ilə İspaniya arasında mövcud iqtisadi əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz? Əməkdaşlığın genişləndirilməsi üçün hansı sahələr ən perspektivli görünür?

- Ticarət mübadiləsi arasında yaxşı inkişaf var, lakin ikitərəfli iqtisadi əməkdaşlığın böyük potensialını nəzərə alaraq, bu səviyyə daha yüksək ola bilər. İspan şirkətlərinin Azərbaycandakı əsas fəaliyyət sahələri kənd təsərrüfatı və ərzaq sektoru, bərpaolunan enerji mənbələri, infrastruktur (avtomobil yolları, limanlar, hava limanları) və turizmdir. Həmçinin tibbi texnologiyalar və neft-qaz sahələrində də perspektivlər açılır. İspaniya Azərbaycanda enerji (neft və qaz), infrastruktur, nəqliyyat və logistika sahələrinə maraq göstərir və öz mövqeyini gücləndirir, eləcə də kənd təsərrüfatı və ərzaq sahəsində iştirakını artırır. Maliyyə sektoru, turizm və bərpaolunan enerji sahələrinə də maraq artmaqdadır. Xüsusilə, Azərbaycanın iqtisadiyyatın diversifikasiyası strategiyası çərçivəsində kənd təsərrüfatı, nəqliyyat, turizm və informasiya-kommunikasiya texnologiyaları (İKT) kimi prioritet sahələrin inkişafına xüsusi diqqət yetirilməlidir. Energetika əməkdaşlığın ən mühüm sahəsi olaraq qalır: Azərbaycan neft və təbii qaz istehsalında ən böyük istehsalçılardan biridir və bu məhsulların əhəmiyyətli hissəsi İspaniyaya ixrac olunur.

Bundan əlavə, Azərbaycan meyvə, qoz-fındıq və digər kənd təsərrüfatı məhsullarının istehsalını fəal şəkildə inkişaf etdirir, ixracını şaxələndirir və beynəlxalq bazarlarda, o cümlədən İspaniya bazarında mövqeyini gücləndirir.

- İspaniyadan Azərbaycana birbaşa sərmayələrin artmasına hansı addımlar kömək edə bilər?

- İspaniyadan Azərbaycana birbaşa sərmayələrin stimullaşdırılması üçün bir neçə əsas addım atıla bilər. İlk növbədə, hüquqi və normativ bazanın gücləndirilməsi, şəffaflıq və hesabatlılıq prinsiplərinin təşviq edilməsi, mülkiyyət hüquqlarının aydın və etibarlı təminatlarının verilməsi, eləcə də müstəqil və ədalətli məhkəmə sisteminin yaradılması məqsədilə məhkəmə islahatlarının aparılması vacibdir. Həmçinin, sərmayədarlara cəlbedici stimulların verilməsi, o cümlədən vergi üstünlükləri, subsidiyalar və gömrük rüsumlarından azad olunma da mühüm rol oynayır. Sərmayələrin cəlb edilməsində informasiya kampaniyaları, həmçinin ispan sərmayədarları ilə Azərbaycan hökumətinin və biznes dairələrinin nümayəndələri arasında birbaşa görüşlər və forumların təşkil edilməsi əhəmiyyətli rol oynaya bilər. Bu, qarşılıqlı etimad və anlayışın güclənməsinə kömək edəcək.

Bundan əlavə, İspaniya və Azərbaycan şirkətlər arasında tərəfdaşlıq qurulmasının dəstəklənməsi, təcrübə mübadiləsini sürətləndirəcək və qarşılıqlı faydalı əlaqələrin qurulmasına təkan verəcək. Mənim fikrimcə, bu tədbirlərin həyata keçirilməsi Azərbaycanın ispan biznesi üçün sərmayə cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq, birbaşa xarici sərmayələrin axınının artmasına və ölkənin iqtisadi inkişafının güclənməsinə səbəb olacaq. Mən əminəm ki, Azərbaycan artıq düzgün istiqamətdə irəliləyir. İqtisadiyyatın diversifikasiyası və transformasiyası istiqamətində aydın bir iradə müşahidə olunur. Bu kontekstdə, Prezident İlham Əliyev tərəfindən qəbul edilən strateji qərarlar ölkənin gələcək rifahı üçün əsas yaradacaq - eləcə də vaxtilə məşhur “Əsrin müqaviləsi” Azərbaycanın tarixində yeni bir dövr açıb. Azərbaycan Prezidentinin dəyişməz və islahatçı ruhu Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunun aparıcı qüvvələrindən birinə çevrilməsinə imkan yaradıb.

- İspaniya şirkətlərinin Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaşıl energetika sahəsində layihələrə cəlb edilməsi nə dərəcədə realdır?

- İspaniya şirkətlərinin Azərbaycanda, o cümlədən azad edilmiş ərazilərdə yaşıl energetika sahəsində layihələrə cəlb edilməsi olduqca real görünür. Bu, həm İspaniyanın bərpaolunan enerji sahəsində qazandığı təcrübə, həm də Azərbaycanın yaşıl texnologiyaların inkişafına olan artan marağı ilə əlaqədardır. Bir tərəfdən, İspaniya bərpaolunan enerji sektorunda əhəmiyyətli bacarıqlara malikdir. Ölkə külək enerjisi sahəsində dünya liderlərindən biridir, külək turbinləri ixrac edir, külək və günəş enerjisindən elektrik istehsalı sahəsində, daxili güc istehsalı sahəsində mühüm uğurlar əldə edib. Həmçinin İspaniya qarşısına 2030-cu ilə qədər istehsal olunan enerjinin 74 faizinin bərpaolunan mənbələrdən olmasını hədəfləyən iddialı məqsədlər qoyub.

Digər tərəfdən, Azərbaycanın erməni işğalından azad edilmiş əraziləri, xüsusən infrastrukturun aktiv şəkildə inkişaf etdirilməsinə ehtiyac olan kənd rayonlarında yaşıl energetika layihələrinin həyata keçirilməsi üçün unikal imkanlar təklif edir. Beləliklə, İspaniyanın qabaqcıl təcrübəsi ilə Azərbaycanın günəş və külək enerjisi sahəsindəki potensialı birləşərək yaşıl energetika sahəsində uğurlu əməkdaşlıq üçün əlverişli şərait yaradır.

- Aqrobiznes, ərzaq və yüngül sənaye sahəsində birgə müəssisələr ikitərəfli tərəfdaşlıq üçün artım nöqtələri ola bilərmi? Azərbaycan bazarı İspaniya şirkətləri üçün satış və istehsal əməkdaşlığı baxımından nə dərəcədə maraqlıdır?

- Hal-hazırda Azərbaycan aqrobiznes, ərzaq və yüngül sənaye sahələrində Qazaxıstan, Özbəkistan və Tacikistan kimi ölkələrlə uğurla birgə müəssisələr inkişaf etdirir. Bu dövlətlər Azərbaycanla mədəni baxımdan daha yaxın olub, türk dilli cəmiyyətə daxil olurlar və ümumi keçmiş sovet irsinə sahibdirlər. Eyni zamanda, İspaniya yüksək inkişaf etmiş və dünyaca məşhur aqrosənaye kompleksi, ərzaq və yüngül sənayesi ilə məşhurdur ki, bu da əməkdaşlıq üçün əlverişli şərait yaradır. Azərbaycan bazarı və istehsal əməkdaşlığı imkanları, Azərbaycanın strateji yerləşməsi, davamlı iqtisadi inkişafı və infrastruktura olan aktiv investisiyaları səbəbindən ispan şirkətləri üçün əhəmiyyətli maraq kəsb edir. Azərbaycan, Avropa və Asiya arasında körpü kimi qəbul edilir və böyüyən regional bazara giriş imkanı təqdim edir.

Bundan əlavə, hər iki ölkə iqtisadi tərəfdaşlığı gücləndirmək üçün, o cümlədən iqtisadi dialoq və qarşılıqlı anlaşma memorandumu imzalamaq kimi təşəbbüslər vasitəsilə aktiv addımlar atır ki, bu da xüsusilə kiçik və orta müəssisələr arasında əməkdaşlığın genişlənməsinə kömək edir.

Nəhayət, qeyd etmək lazımdır ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin möhkəmlənməsi ispan şirkətləri üçün yalnız Azərbaycanda deyil, daha geniş regional bazarda da öz mövqeyini genişləndirmək üçün əlavə perspektivlər açır.

- İspaniya Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə ticarət, iqtisadi inteqrasiya və Avropa bazarlarına çıxış məsələlərində körpü rolunu necə oynaya bilər?

- İspaniya Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi inteqrasiyasının körpüsü ola bilər, ölkənin coğrafi yerləşməsi, Aİ ilə güclü əlaqələri və inkişaf etmiş işgüzar əlaqələri sayəsində ticarət və investisiyaların inkişafına töhfə verə bilər. İspaniya, ticarət maneələrinin aradan qaldırılması, Azərbaycan ilə Aİ arasında iki tərəfli razılaşmaların təşviqi, ticarət prosedurlarının sadələşdirilməsi və xərclərin azaldılması sahəsində mühüm rol oynaya bilər. Eyni zamanda, İspaniya biznes strukturları arasında birbaşa əlaqələrin qurulmasına, investisiyaların cəlb olunmasına və birgə təşəbbüslərə maliyyə dəstəyi göstərilməsinə dəstək verə bilər. Əhəmiyyətli istiqamətlərdən biri də mədəni və təhsil mübadilələrinin inkişafıdır, bu isə qarşılıqlı anlayışın möhkəmlənməsinə, təcrübə mübadiləsinə və insan kapitalının inkişafına kömək edir.

Bundan əlavə, tarixən və iqtisadi baxımdan mövcud əlaqələri sayəsində İspaniya, Azərbaycanın yalnız Avropa ilə deyil, həm də Latın Amerikası və Şimali Afrika ilə əlaqələrinin genişlənməsi üçün platforma ola bilər.

- Azərbaycanın Şərq və Qərbin kəsişməsindəki logistik mərkəz olaraq rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan, coğrafi mövqeyi və xüsusilə Orta Dəhliz çərçivəsində infrastruktur sahəsinə qoyulan mühüm investisiyalar sayəsində Şərq və Qərbin kəsişməsində strateji əhəmiyyətə malik bir logistik mərkəzdir. Bu dəhliz Asiya, Avropa və digər regionlar arasında ticarət və tranziti asanlaşdırır, Azərbaycan bu ərazilər arasında əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Ticarət Limanı və Heydər Əliyev Beynəlxalq Aeroportunda genişlənmiş yükləmə terminalları da daxil olmaqla, öz nəqliyyat infrastrukturuna əhəmiyyətli sərmayələr qoyub ki, bu da onun tranzit yüklərini emal etmə qabiliyyətini artırır.

Bundan əlavə, Ələt Azad İqtisadi Zonası Azərbaycanın Avropa və Asiya arasında logistik zəncirlərdəki mövqeyini gücləndirir və tranzit ticarəti ilə məşğul olan bizneslər üçün əlverişli mühit yaradır. Yollar, limanlar və dəmir yolları sahəsində aparılan investisiyalar sayəsində müxtəlif nəqliyyat marşrutları təklif olunur.

- Zəngəzur dəhlizi və Orta Dəhliz kimi nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı İspaniya biznesi üçün hansı imkanlar yaranır?

- Zəngəzur dəhlizi və Orta Dəhliz kimi nəqliyyat dəhlizlərinin inkişafı, ilk növbədə, İspaniya biznesi üçün logistika, infrastruktur və ticarətin dəstəklənməsi sahələrində mühüm imkanlar açır. Bu dəhlizlər Asiya və Avropanı birləşdirir, daha qısa tranzit müddətləri, ticarət və investisiyaların artırılması imkanları təklif edir. Nəticə olaraq, bu nəqliyyat dəhlizlərinin inkişafı, öz fəaliyyətlərini genişləndirmək və regionda artan ticarət və investisiya imkanlarından faydalanmaq istəyən İspaniya şirkətləri üçün perspektivli bir imkan təşkil edir. İspaniyanın logistika, infrastruktur və ticarətin dəstəklənməsi sahəsindəki təcrübəsi, bu marşrutların tam potensialının həyata keçirilməsində mühüm rol oynaya bilər, iqtisadi artım və regional əlaqəliliyi təşviq edər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri