Baş nazir: Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. dollar təşkil edir
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Hazırda ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 mlrd. $ təşkil edir.
APA xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetində “2027-ci il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri, sosial-iqtisadi inkişaf proqnozları”nın müzakirəsində deyib.
Baş nazir bildirib ki, bu göstərici xarici dövlət borcunu 20 dəfəyə yaxın üstələyir: “Birbaşa xarici dövlət borcumuzun səviyyəsi 1 sentyabr tarixinə 4,5 mlrd. $ olmaqla proqnoz ÜDM-in 5,6%-ni təşkil edir. 2026-cı ilin 8 ayında xarici ticarət balansının müsbət saldosu 10 mlrd. $-dan çox olub.
2026-cı ilin 8 ayında illik inflyasiya 5,7% olmuşdur. Beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı nəzərə alınmaqla növbəti ildə orta illik inflyasiyanın 5,3%-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 24 Sentyabr 2026 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















