Baş nazir kabineti ilə birlikdə getdi
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Konqo Baş naziri Anatol Kollinet Makosso Prezidentə kabineti ilə birlikdə istefasını təqdim edib.
"Cebheinfo.az" xəbər verir ki, Baş Nazirlik Ofisindən verilən açıqlamada, Makossonun 15 martdakı prezident seçkilərinin yekunlaşmasından sonra yeni hökumətin qurulmasına şərait yaratmaq məqsədilə kabineti ilə birlikdə istefa verdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, yeni hökumət qurulana qədər vəzifədən ayrılan nazirlər cari işlərin icrasını təmin edəcəklər.
Makossonun Prezident Denis Sassu Nquessoya "vəzifəsini icra edərkən göstərdiyi etimada görə" təşəkkür etdiyi bildirilən açıqlamada, onun prezidentin sərəncamında olmağa davam edəcəyi vurğulanıb.
Xatırladaq ki, 82 yaşlı Nquesso 15 martda keçirilən seçkilərdə səslərin 94,90 faizini toplayaraq yenidən prezident seçilmişdi. Nquesso 16 apreldə and içərək vəzifəsinin icrasına başlamışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 20 Aprel 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















