Baş nazir NK nın bu qərarlarını ləğv etdi
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Nazirlər Kabinetinin üç qərarı ləğv edilib.
Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə müvafiq qərar imzalayıb.
Qərara əsasən, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ləğv edilib.
Həmçinin, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ləğv edilib.
Bundan başqa, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 41 nömrəli Qərarı da ləğv edilib.
Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Baxış sayı:94
Bu xəbər 03 Fevral 2025 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















