Icma.az
close
up
RU
Baş nazir: Rusiya ayrıayrı ölkələrə qarşı terror planlaşdırır

Baş nazir: Rusiya ayrıayrı ölkələrə qarşı terror planlaşdırır

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.


Polşanın baş naziri Donald Tusk Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Onlar Varşava şəhərində birgə mətbuat konfransı da keçiriblər.
Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Donald Tusk mətbuat konfransında iddia edib ki, Rusiya dünyanın hava yollarında terror aktları planlaşdırır.
Tusk deyib: "Rusiya hava terroru planlaşdırırdı - həm də təkcə Polşaya qarşı deyil, bütün dünyadakı hava yollarına qarşı".
Lakin o, bu iddialarını təsdiqləyən heç bir sübut təqdim etməyib.
Xatırladaq ki, bir müddətdir Avropa ölkələri Rusiyanın müxtəlif ölkələrdəki mühüm infrastruktur obyektlərinə qarşı təxribat hazırlamasından şübhələnirlər. Bu şübhələr Baltik dənizində Estoniya ilə Finlandiya arasında olan kabellər zədələndikdən sonra daha artıb. İlkin məlumatlara görə, kabellər Rusiyaya məxsus kölgə donanmasının bir hissəsi olan gəmi tərəfindən qəsdən zədələnib.
Onu da qeyd edək ki, noyabr ayında "Wall Street Journal" etibarlı mənbələrə istinadla yazmışdı ki, Rusiya Avropadan ABŞ-a və Kanadaya uçan yük, həmçinin sərnişin təyyarələrini yandırmaq üçün çox yaxın zamanlarda əməliyyatlar planlaşdırır.
Polşa baş nazirinin dediklərinin uydurma olmadığını iddia edən Avropa mətbuatı isə proqramın bir hissəsi olan hadisələrdən söz açıb.
Yerli mediaya açıqlama verən bəzi yüksək səlahiyyətlilər bildiriblər ki, Rusiya terroru indi də davam edir. Onlar bu yaxınlarda "DHL" nəqliyyat şirkətində baş vermiş güclü yanğını və İngiltərənin Birmingem, həmçinin bir müddət öncə Almaniyanın Leypsiq şəhərlərindəki böyük anbarlarda mənşəyi bilinməyən dəhşətli yanğınların törədilməsini xatırladıblar.
Oqtay QORÇU

Ana səhifəyə dön


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 Yanvar 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri